-in bəndəlik məqamı elçilik məqamından əvvəl zikr olunmuşdur) Biz etidaq bəsləyirik ki, ilahi peyğəmbərlərdən heç biri Allahlıq iddiası etməmiş, peyğəmbərlərin heç biri xalqı onlara ibadət etməyə çağırmamışdır. Qur`ani-kərim buyurur - Heç bir bəşər övladına layiq deyildir (ixtiyarı yoxdur) ki, Allah ona kitab, hikmət və peyğəmbərlik verəndən sonra desin: Allahın bəndələri deyil, mənim bəndələrim olun! (Mənə ibadət edin)” Halbuki, peyğəmbərlər Allahın kitabı Qur`andan öyrəndiyiniz və ondan oxuduğunuz kimi; Yalnız Allaha pərəstiş edin!” deyirlər.
da, heç vaxt insanları ona bəndə olmağa, ona pərəstiş etməyə çağırmamış, həmişə özünü Allahın məxluqu, bəndəsi və elçisi saymışdır. Nisa surəsinin 172-ci ayəsində buyurulur: Əsla Məsih, Allahın bəndəsi olmaqdan çəkinməyirdi (imtina etmirdi) və (Allaha) yaxın olan mələklər də, Allah bəndəsi olmaqdan imtina etmirlər.