Aşura günü Allahın Peyğəmbərlərə mükafatı yazısı - Dini yazılar
Məhərrəmlik ayının Aşura günü Cənabi–Haqq(c.c) qatında ən mübarək günlərdən biri sayılır. Bu mübarək gündə Allah (c.c) on Peyğəmbərini on fərqli mükafat ilə mükafatlandırmış
1. Hz.Adəm (a.s) tövbəsi Aşura günündə qəbul edilmişdir.
2.Hz.Nuh(a.s) gəmisini Cüdi dağının üzərinə Aşura günündə dəmirləmişdir.
3.Allah (c.c) Hz.Musaya Aşura günündə belə bir möcüzə bəxş etmiş,dənizi iki yerə yararaq Firavon və ordusunu sulara dəfn etmisdir.
4. Hz.İbarhim (a.s)ın oğlu Hz.İsmayıl(a.s) Aşura günündə dünyaya gəlmişdir
5.Hz.Yunis (a.s) Aşura günündə balığın qarnından xilas olmuşdur.
6.Hz.Yusif (a.s) qardaşlarının atmış olduğu quyudan Aşura günündə çıxardılmışdır.
7.Hz.Yaqub (a.s),oğlu Hz.Yusif (a.s) həsrətindən tutulan gözləri bu eziz gündə açılmışdır
8. Hz.İsa (a.s) bu mübarək gündə dünyaya gəlmiş və bu gündə göyə yüksəlmişdir..
9.Hz.Davud (a.s) tövbəsi Aşura günündə qəbul olunmuşdur.
10. Hz.Eyyub (a.s) xəstəliyində Aşura günündə şəfa tapmışdır.
Bu Məhərrəmlik ayı çox mübarək aydır. O qədər mübarəkdir ki, Peyğəmbərimiz Məhəmməd Mustafa (s.a.s) bu ayı “Allahın ayı” deye adlandırırdı. Beləsinə mübarək ayda ibadətə daha çox zaman ayıraq chunki onbir ayın Sultanı olan Ramazan ayından sonra Məhərrəmlik ayında da oruc tutulur.
Peyğəmbərimiz belə buyurmuşdur. “Ramazan ayından sonra Məhərrəmlik ayında oruc tut, çünki o, Allahın ayıdır onda elə bir gün vardı rki, o gündə tutulan orucun Allah qatında bir ilin günahlarının bağışlanacağına ümid edirəm”.