Aşura günü

Son güncelleme: 06.12.2011 18:46
  • Aşura günü

    noimage


    Əmirəl-möminin Əlidən (ə;) nəql olunan hədisdə isə belə deyilir: “Peyğəmbər (s.a.v) bizim üçün xütbə edər və ALLAHın günlərini bizə xatırladardı”

    Həmin tarixi günlər silsiləsindən, özündə əks etdirdiyi dəyərlərə, ibrətlərə və taleyüklü hadisələrə münasibətdəki roluna görə Aşuranı sözün həqiqi mənasında ALLAHın günlərdən saymaq olar.
    Peyğəmbərin (s.a.v) hadisədən xəbər tutması, Əhli-Beytini, ailəsini və səhabələrini hadisə baş verməmişdən yarım əsr qabaq xəbərdar etməsi o hadisənin əhəmiyyətli olmasına dəlalət edirdi.
    İmam Əhməd ibn Hənbəl “Müsnəd” adlı əsərinin 648 nömrəli hədisində Abdullah ibn Nəciydən, o da atasından belə nəql edir: “Bir gün onun atası Əbu Əbdillah İmam Əli (ə;) ilə Sıffinə tərəf yol gedirdi. Neynəvey yoluna çatanda İmam Əli (ə;) ona: “Ey Əba Əbdillah, bir az dayan, səbr et!”-dedi. O isə: “Nə olub?” İmam Əli (ə;) ona belə buyurdu: “Bir gün Peyğəmbərin (s.a.v) yanına daxil oldum və onun ağladığını gördüm. Soruşdum ki: “Ey ALLAHın peyğəmbəri, niyə ağlayırsan? O isə cavabında dedi: “İndicə Cəbrail (ə;) yanımda idi. Mənə xəbər verdi ki, oğlum Hüseyn Fərat tərəfdə öldürüləcəkdir. Sonra isə mənə onun şəhid olacağı torpaqdan bir hissəsini göstərib verdi. Mən özümü saxlaya bilməyib göz yaşları tökdüm”.

    İslam ümmətinin tarixində baş vermiş ən mühüm hadisə kimi Aşuranın iki önəmli tərəfi vardır:
    1. İmam Hüseynin (ə;), əhli-beytinin və silahdaşlarının dözümlülükdə, mərdlik və şücaətdə tutduqları mövqe və nümunəvi addımlar, həmçinin, İslam dəyərlərinin qorunması, zülmün, fəsadın, azğınlığın qarşısının alınmasında göstərdikləri şücaət Aşura hadisənin yüksək və önəmli tərəflərini bizim üçün açır.
    2. Əhli-Beytə (ə;) qarşı törədilən faciəvi zülm, onların ALLAH tərəfindən qorunan məqamı və hörmətinin tapdalanması Aşura hadisəsindən bizə açıq-aydın aşkar olur.
    İmam Hüseyn (ə;) sıradan bir şəxs deyildi. Onun şəxsiyyəti, məqamı və mövqeyi bütün müsəlmanlara məlum idi. Peyğəmbərin (s.a.v) onu nə qədər sevməsi, onun barəsində söylədikləri hədislər hamıya bəlli idi.

    Bir gün Peyğəmbər (s.a.v) səhabələrinə üzünü tutaraq onlara belə söyləyir: “Həsən və Hüseyn dünyanın iki reyhanıdır” . Buxari özünün “Səhih” adlı əsərində mühacirlər bölümündə İbn Abbasın bu hədisi Peyğəmbərdən (s.a.v) eşitdiyini nəql edir: “Onların ikisi də dünyanın reyhanıdır”.
    Başqa bir mənbəyə görə isə Peyğəmbər (s.a.v) onlar haqqında belə buyurmuşdur: “Həsən və Hüseyn Cənnət cavanlarının ağasıdır. Ataları isə onlardan daha üstündür”.
    Peyğəmbər (s.a.v) buyurmuşdur: “Hüseyn məndəndir, mən də Hüseyndənəm. Hüseyni sevəni ALLAH sevər”.

    Aşura hadisəsindən əldə etdiklərimiz
    Aşura gününü qeyd etməkdən məqsəd təkcə Əhli-Beytə olan sevgi hislərimizi, duyğularımız oyatmaq, hüzn və kədərlərimizi bölüşmək deyil, o hadisədən əldə etdiyimiz digər üç dərs də vardır:
    Birinci dərs: Din və imanında möhkəm olmaq
    İmam Hüseyn (ə;) və onun silahdaşları İslam dinini və onun dəyərlərini qorumaq üçün cihad etdilər. Bu barədə İmam Hüseyn (ə;)belə deyir: “Mən Yer üzündə şər və fəsad, həmçinin, zülm törətmək üçün çıxmıram. Babam Peyğəmbərin (s.a.v)dinində [fəsadları aradan qaldıran-mütərcim] islahatlar aparmaq üçün çıxıram. Yaxşı işlərə dəvət, pis işlərdən çəkindirmək üçün bu yolu gedirəm”.
    Aşura günü Haşimi qəhrəmanı Abbas ibn Əli ibn Əbu Talib (ə;) deyir:
    ALLAHa and olsun ki, əgər məni tikə-tikə etsəniz də,
    Mən öz dinimi sona qədər qoruyacağam.
    Ona görə də Aşuranı keçirərkən bu ruh yüksəkliyini yaşamaq və dinimizin dəyərlərini qorumağı düşünməliyik.

    Alıntı..
#06.12.2011 18:46 0 0 0