Elnarənin 35 min manatlıq klipi təqdim edildi

Son güncelleme: 31.10.2015 18:44
  • Şou biznes xəbərləri - Məşhurlar

    noimage


    Müğənni Elnarə Xəlilova yeni “Eşq ilə boyan adlı” mahnısına klip çəkdirib. Lent.az-ın məlumatına görə, Beynəlxalq Mətbuat Mərkəzində (BMM) ekran işinin təqdimat mərasimində çıxış edən müəllif bildirib ki, mahnının sözləri Cavidana, musiqisi Sevda Məmmədliyə, aranjemanı Rasim Məmmədova məxsusdur. “Eşq ilə boyan” adlı mahnıya klip isə Hindistanda çəkilib. Bu Elnarənin Qədim Şərq ölkəsində çəkilən ilk ekran işidir. Klipə hindistanlı rejissor Ani Sasi quruluş verib. Təqdimat mərasimində KİV nümayəndələri ilə yanaşı, “Eşq ilə boyan”ın yaradıcı heyəti də iştirak edib. Ekran işi Hindistanın ekzotik mənzərəsi, tarixi məkanları və təbiəti ilə seçilən Kerala ştatının Koçin şəhərində çəkilib.

    Klipdə Elnarənin tərəf müqabilləri hindistanlı rəqqasələrdir.
    “Mahnı hind ladları üzərində yazılıb. Həm də Hindistanda klip çəkdirmək uşaqlıq arzum idi. Mahnı da həyatın rəngləri, Allahın bizə bəxş etdiyi gözəl nemətlər haqqındadır” deyə müğənni bildirib.
    Müğənni klipin büdcəsini də açıqlayıb. O bildirib ki, ekran işi 35 min manata ərsəyə gəlib. “Mahnıya çəkilən klip televiziya kanallarında yayımlanacaq”.
    Xatırladaq ki, bu, Elnarənin sayca 13-cü klipidir.

    noimage

    noimage

    noimage

    noimage

    noimage

    noimage

    alinti...
#31.10.2015 18:44 0 0 0