Zərli, parıltılı göz qapaqları ilə gözlərin daha çox önə çıxarıldığı işıltılı makiyaj bu sezonun trendləri arasında xüsusi yer alır. Gözlərdə almaz varmış kimi bir hiss oyadan bu modanın tətbiqi isə çox asandır.
Ancaq diqqət etməli olduğunuz bəzi nöqtələr var.
İşıltılı makiyajlarda xüsusi önəm gözlərə verildiyi üçün dodaqlarınızı təbii rəngdə, yanaqlarınızı isə çəhrayı tonlarda rəngləyin. Gözaltında halqalar varsa, işıltı onu daha qabarıq göstərəcəyi üçün halqaları örtən qapadıcı vurun. Almaz təsiri yaratmaq üçün zərdən az miqdarda istifadə edin.