Kolbasalı çiçəklər resept

Son güncelleme: 31.10.2015 22:21
  • Kolbasalı çiçəklər resept - Kolbasalı çiçəklər terifi - Kolbasalı çiçəklər terkibi - Kolbasalı çiçəklər nece hazirlanir?

    noimage

    Tərkibi:

    mayalı xəmir və ya hazır qat-qat xəmir
    kolbasa

    Hazırlanması:

    Hər hansı bir resept ilə mayalı xəmir yoğurub acıdırıq və ya hazır qat qat xəmirdən istifadə edirik.
    Xəmiri çox da nazik olmamaq şərti ilə yayırıq və stəkanın köməyi ilə bizə lazım olan miqdarda dairələr kəsirik. Bişmiş kolbasadan dairələr kəsirik və iki xəmirin arasına qoyuruq. Şəkildə göstərildiyi kimi hər dairənin üzərində bərabər aralıqda kəsiklər atırıq, ancaq tam ortasına qədər kəsmirik.
    Şəkildəki kimi forma verib üzərinə yumurta sarısı çəkirik və 180 dərəcə qızdırılmış sobada qızarana qədər bişiririk.

    Nuş olsun!

    alinti..
#31.10.2015 22:21 0 0 0