Azərbaycanda temperatur 2 dərəcəyə düşəcək

Son güncelleme:
  • Xeberler - Sosal xeber

    noimage


    Noyabrın 4-də Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
    Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Lent.az-a verilən məlumata görə, səhər bəzi yerlərdə zəif duman olacaq, mülayim şimal küləyi gündüz arabir güclənəcək.

    Havanın temperaturu gecə 6-9 dərəcə, gündüz 12-16 dərəcə isti olacaq.

    Sabah Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə duman olacaq, ayrı-ayrı yerlərdə arabir güclənən qərb küləyi əsəcək.
    Havanın temperaturu Aran rayonlarında gecə 2-7 dərəcə, gündüz 12-17 dərəcə, dağlıq rayonlarda gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 8-13 dərəcə isti olacaq.
    Yaxın üç gün ərzində Abşeron yarımadasında meteoloji amillərin mülayim tərəddüdü meteohəssas insanlar üçün əsasən əlverişlidir.

    Alinti..
0 0 0