Quran haqqında olan ümumi məlumatlar

Son güncelleme:
  • Qurani-Kərim - Quran haqqında

    noimage

    Әziz Qur` an aşiqləri! Qur`an haqqında olan bə`zi ümumi məsələləri əldə etmək istədikdə aşağıdakı verilmiş sualların cavabına diqqət yetirə bilərsiz:

    1) Sual: Qur`an neçə surədən ibarətdir?

    Cavab: Qur`an 114 surədən təşkil tapmışdır.

    2) Sual: Qur`an neçə cüz (hissə;)-dən ibarətdir?

    Cavab: Qur`an 30 cüzdən ibarətdir.

    3) Sual: Qur`an neçə hizbdən (hissənin qismindən) təşkil tapır?

    Cavab: Qur`an 120 hizbdən ibarətdir.

    4) Sual: Qur`anın neçə ayəsi vardır?

    Cavab: Qur`anın 6236 ayəsi vardır.

    5) Sual: Qur`ani-Kərim neçə hərfdən ibarətdir?

    Cavab: Qur`ani-Kərim 323671 hərfdən ibarətdir.

    6) Sual: Qur`ani-Kərim neçə kəlmədən təşkil tapır?

    Cavab: Qur`ani-Kərim 77807 kəlmədən təşkil tapmışdır.

    7) Sual: Qur`ani-Kərimdə neçə dəfə Qur`an kəlməsi gəlmişdir?

    Cavab: Qur`ani-Kərimdə 70 dəfə Qur`an kəlməsi gəlmişdir.

    8) Sual: Qur`ani-Kərimdə ən böyük ədəd hansıdır?

    Cavab: Qur`anda ən böyük ədəd 100000-dir ki, əs-Saffat surəsinin 147-ci ayəsində gəlmişdir. (37-ci surə;)

    9) Sual: Qur`anda ən çox işlədilmiş hərf hansıdır?

    Cavab: Qur`anda ən çox işlədilmiş hərf əlif(أ;) hərfidir.

    10) Sual: Qur`anda ən az işlədilmiş hərf hansıdır?

    Cavab: Qur`anda ən az işlədilmiş hərf za (ظ;) hərfidir.

    11) Sual: Qur`anda işarə olunmuş ən gözəl və üstün gecə hansıdır?

    Cavab: Qur`anda işarə olunmuş ən gözəl və üstün gecə "Qədr” gecəsidir.

    12) Sual: Qur`anda buyurulmuş ən gözəl ay hansıdır?

    Cavab: Qur`anda buyurulmuş ən gözəl ay "Ramazan” ayıdır.

    13) Sual: Qur`anda olan ən gözəl surə hansıdır?

    Cavab: Qur`anda olan ən gözəl surə "Yasin” surəsidir. (36-cı surə;).

    14) Sual: Qur`anın ən böyük surəsi hansıdır?

    Cavab: Qur`anın ən böyük surəsi "əl-Bəqərə” surəsidir ki, bu surə 286 ayədən ibarətdir. (2-ci surə;).

    15) Sual: Qur`anın ən kiçik surəsi hansıdır?

    Cavab: Qur`anın ən kiçik surəsi "əl-Kovsər” surəsidir ki bu surə isə 3 ayədən təşkil tapır. (108-ci surə;).

    16) Sual: Qur`anda ən böyük ayə hansıdır?

    Cavab: Qur`anda ən böyük ayə "əl-Bəqərə” surəsinin 282-ci ayəsidir. (2-ci surə;).

    17) Sual: Qur`anda ən kiçik ayə hansıdır?

    Cavab: Qur`anda ən kiçik ayə (Muqəttə`ə hərflərindən əlavə;) مُدْهآمَّتَانِ "Mudhammətan” ayəsidir ki, ər-Rəhman surəsinin 64-ci ayəsi hesab olunur. (55-ci surə;).

    18) Sual: Qur`anda ilk surə hansıdır?

    Cavab: Qur`anda ilk surə "əl-Fatihə” surəsidir. (1-ci surə;)

    19) Sual: Qur`anın sonuncu surəsi hansıdır?

    Cavab: Qur`anın sonuncu surəsi "ən-Nas” surəsidir. (114-ci surə;)

    20) Sual: Qur`anda ən böyük kəlmə hansıdır?

    Cavab: Qur`anda ən böyük kəlmə فَأَسْقَيْناكُمُوهُ «fəəsqəynakumuhu» kəlməsidir ki bu kəlmə on bir hərfdən ibarətdir və "əl-Hicr” surəsinin 22-ci ayəsində yerləşir. (15-ci surə;).

    21) Sual: Qur`anın ortasında yerləşən kəlmə hansıdır?

    Cavab:Qur`anın ortasında yerləşən kəlmə "əl-Kəhf” surəsinin 19-cu ayəsindəki, وَلْيَتَلَطَّفْ "vəlyətələttəf” kəlməsidir. (18-ci surə;).

    22) Sual: Qur`anda neçə surə "Qul” (yə`ni:de) kəlməsi ilə başlayır?

    Cavab: Qur`anda 5 surə "Qul” kəlməsi ilə başlayır və onlar aşağıdakılardan ibarətdir:

    1. "əl-Cinn” surəsi. (72-ci surə;)

    2. "əl-Kafirun” surəsi (109-cu surə;)

    3. "əl-İxlas” surəsi (112-ci surə;)

    4. "əl-Fələq” surəsi (113-ci surə;)

    5. "ən-Nas” surəsi (114-ci surə;)

    23) Sual: O iki ayə hansıdır ki, onlarda ərəb əlifbasının 28 hərfi cəm olunmuşdur?

    Cavab: 1) "Ali-İmran” surəsini 154-cü ayəsi. (3-cü surə;).

    2) "əl-Fəth” surəsinin sonuncu ayəsi. (48-ci surə;).

    24) Sual: Bütün ayələrində الله"Allah” kəlməsi olan surə hansıdır?

    Cavab: "əl-Mucadələ” surəsi, (58-ci surə;)

    25) Sual: Qur`anın anası adı ilə tanınmış surə hansıdır?

    Cavab: "əl-Fatihə” surəsi (1-ci surə;)

    26) Sual: Hansı surə Qur`anın ürəyi adı ilə tanınmışdır?

    Cavab: "Yasin” surəsi (36-cı surə;)

    27) Sual: Qur`anın gəlini adı ilə tanınan surə hansıdır?

    Cavab: "ər-Rəhman” surəsi (55-ci surə;)

    28) Sual: İmam Hüseyn (əleyhis-salam) adı ilə tanınmış surənin adı nədir?

    Cavab: "əl-Fəcr” surəsi (89-cu surə;)

    29) Sual: O hansı surədir ki, onun ayələrnin sayı on dörd mə`sumun sayı qədərdir?

    Cavab: "əs-Səff” surəsi. (61-ci surə;)

    30) Sual: O hansı surədir ki, onun kəlmələrinin sayı on dörd mə`sumun sayı qədərdir?

    Cavab: "əl-Әsr” surəsi (103-ci surə;)

    31) Sual: O hansı surədir ki, onun ayələrinin sayı, müsəlmanlara vacib olan, gündəlik namazların rək`ətinin sayı qədərdir?

    Cavab: "ət-Tariq” surəsi, (86-cı surə;)

    32) Sual: Qur`anın mə`nasını özündə cəm edən surənin adı nədir?

    Cavab: "əl-Fatihə” surəsi (1-ci surə;)

    33) Sual: On ada məxsus olan surə hansıdır?

    Cavab: "əl-Fatihə” surəsi, (1-ci surə;) bu surənin adları aşağıdakı tərtiblərdir:

    1. Fatihətul-kitab.

    2. Ümmül-kitab.

    3. Ümmül-Qur`an.

    4. Səb`ül-məsani.

    5. əl-vafiyə.

    6. əl-kafiyə.

    7. əş-şafiyə.

    8. əl-əsas.

    9. əs-səlat.

    10. əl-həmd.

    Bu adların hər biri öz növbəsində müəyyən hədis və rəvayətlərdən əldə olunmuşdur.

    34) Sual: Qur`ani-Kərimdə olan surələrin neçəsi Məkkədə və neçəsi Mədinədə nazil olmuşdur?

    Cavab: 86 surə Məkkədə 28 surə isə Mədinədə nazil olmuşdur.

    35) Sual: Vacib səcdəsi olan surələr hansılardır?

    Cavab: Vacib səcdəsi olan surələr bunlardır:

    1) "əs-Səcdə” (32-ci surə;), ayə-15.

    2) "Fussilət” (41-ci surə;), ayə-37.

    3) "ən-Nəcm” (53-ci surə;), ayə-62.

    4) "əl-Әləq” (96-cı surə;),ayə-19.

    36) Sual: Allah kəlməsi Qur`anda neçə dəfə gəlmişdir?

    Cavab: Allah kəlməsi Qur`anda 2707dəfə gəlmişdir.

    37) Sual: Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm)-ə 2 dəfə nazil olan surə hansıdır?

    Cavab: "əl-Fatihə surəsi”. Belə ki, bu surə bir dəfə Məkkədə, bir də isə Mədinədə nazil olmuşdur. (1-ci surə;).

    38) Sual: O hansı surələrdir ki, onların ayələrnin sayı, pənctəni Ali-əbanın ( yə`ni Peyğəmbər, İmam Әli, həzrət Fatimə, İmam Həsən və İmam Hüseyn əleyhimus-salamın) sayı qədərdir?

    Cavab:

    1. "əl-Qədr” surəsi (97-ci surə;).

    2. "əl-Fil” surəsi (105-ci surə;).

    3. "Әbu Ləhəb” surəsi (111-ci surə;).

    4. "əl-Fələq” surəsi (113-ci surə;).

    39) Sual: Qiyamət mə᾿nasını verən surələr hansılardır?

    Cavab:

    1. "ər-Rə`d” surə (13-cü surə;).

    2. "əl-Casiyə” surəsi (45-ci surə;).

    3. "əl-Vaqiə” surəsi (56-cı surə;).

    4. "əl-Həşr” surəsi (59-cu surə;).

    5. "ət-Təğabun” surəsi (64-cü surə;).

    6. "əl-Qiyamə surəsi (75-ci surə;).

    7. "ən-Nəbə`” surəsi (78-ci surə;).

    8. "əz-Zəlzələ” surəsi (99-cu surə;).

    9. "əl-Qariə” surəsi (101-ci surə;).

    40) Sual: Qur`anda neçə "Bismillahir-Rəhmanir-Rəhim” cümləsi vardır?

    Cavab: Qur`anda 114 "Bismillahir-Rəhmanir-Rəhim” cümləsi vardır.

    41) Sual: Hansı surəni adı Üsuli-dinin birinin adı ilə bağlıdır?

    Cavab: "Tohid” (əl-İxlas) surəsi. (112-ci surə;).

    42) Sual: Hansı surənin adı Fürui-dinin birinin adı ilə bağlıdır?

    Cavab: "əl-Həcc” surəsi (22-ci surə;).

    43) Sual: O hansı surələrdir ki, onların ayələrinin sayı Mə`sum İmamların sayı qədərdir?

    Cavab:

    1) "ət-Təlaq” surəsi (65-ci surə;).

    2) "ət-Təhrim” surəsi (66-cı surə;).

    44) Sual: Həftənin günlərinin adı ilə bağlı olan surə hansıdır?

    Cavab: "əl-Cumuə” surəsi (62-ci surə;).

    45) Sual: Fe hərfi olmayan surə hansıdır?

    Cavab: "əl-Fatihə” surəsi (1-ci surə;).

    46) Sual: Alimin silahı adı ilə bağlı olan surə hansıdır?

    Cavab: "Qələm” (Nun) surəsi (68-ci surə;).

    47) Sual: Bismillahir-Rəhmanir-Rəhim-siz surə hansıdır?

    Cavab: "ət-Tovbə” surəsi (9-cu surə;).

    48) Sual: Qur`anın hansı surəsində iki dəfə "Bismillahir-Rəhmanir-Rəhim” cümləsi gəlmişdir?

    Cavab: "ən-Nəml” surəsi (27-ci surə;).

    49) Sual: O hansı surədir ki, onda bir ayə 31 dəfə təkrar olunub?

    Cavab: "ər-Rəhman” surəsi (55-ci surə;).

    50) Sual: Allahın sifətləri ilə adlanan surələr hansılardır?

    Cavab:

    1) "ən-Nur” surəsi (24-cü surə;).

    2) "Fatir” surəsi (35-ci surə;).

    3) "ər-Rəhman”


    Alinti...
0 0 0