66 ildən sonra ilk görüş

Son güncelleme:
  • Xeber - Dunyadan xeber

    noimage

    Sinqapurda Çin Xalq Respublikasının (ÇXR) sədri Si Cinpin və Tayvan prezidenti Ma İntzsyu arasında görüş keçiriləcək.

    APA-nın məlumatına görə, bu barədə “The Guardian” qəzeti Tayvan liderinin nümayəndəsinə istinadən yazıb.

    Bu, 1949-cu ildən bəri, vətəndaş müharibəsindən sonra Çin və Tayvan liderlərinin ilk görüşüdür. “Tərəflər birgə maraq doğuran məsələləri müzakirə edəcək. Görüşün məqsədi iki ölkə arasında sülh və əmin-amanlığın təmin etməkdir”, deyə Ma İntzsyunun nümayəndəsi bildirib.

    Onun sözlərinə görə, görüşdə hər hansı sənədin imzalanması nəzərdə tutulmayıb. Tərəflər mətbuat üçün açıqlama da verməyəcəklər.

    Alinti..
0 0 0