Qışda arıqlamaq istəyənlər üçün Pehriz

Son güncelleme: 04.11.2015 16:43
  • Pehriz - Ariqlama - Qışda arıqlamaq istəyənlərlə meslehet


    Qış gəlib çatır. Soyuq, üşütmə, bronxit, xəstəliklərin hamısı qapımızdadır. Bütün bunlardan qorunub sağlam bir şəkildə arıqlamaq üçün ən doğru pəhriz proqramı hansıdır? Qışda xəstələnmədən arıqlamaq üçün yeməli olduğunuz ən mühüm qidalar meyvə və tərəvəzlərdir. Bundan başqa qış aylarında xəstəlik və infeksiyalardan qorunmaq üçün immunitet sistemimiz güclü olmalıdır. Mütəxəssislər qış aylarında gündəlik A, C, E vitaminləri, selenium, sink, maqnezium qəbulunu artırmağı tövsiyə edir. C vitamini ilə zəngin olan yaşıl bibər, cəfəri, aruqula, tərə, ispanaq, portağal, limon və naringi kimi qış qidaları yeyin. Bundan başqa E vitamini ilə zəngin olan fındıq, badam, yağlar, yaşıl yarpaqlı tərəvəzlər, quru paxlalılar yeyin. Balıq yağı, omega 6 tərkibli zeytun və fındıq yağı da immunitet sistemini inkişaf etdirən qidalardır.

    1-ci gün

    Səhər: 1 dilim qızardılmış, ya da isladılmış kəpək çörəyi, 1 yumurta, 1 dilim pendir, 1 stəkan şəkərsiz çay, ya da qəhvə
    Günorta: 100 qram dərisi soyulmuş qızardılmış toyuq, 1 kasa qatıq, 1 xiyar
    Axşam: 1 pors ətli, kəvərli tərəvəz yeməyi, salat, 1 alma

    2-ci gün

    Səhər: 1 dilim qızardılmış, ya da isladılmış kəpək çörəyi, 1 yumurta, 1 pomidor, 1 stəkan şəkərsiz çay, ya da qəhvə
    Günorta: 100 qram qaynadılmış dana əti, yarım pors plov, salat
    Axşam: 1 pors ətli noxud yeməyi, salat, 1 portağal

    3-cü gün

    Səhər: 1 yumurtalı omlet, 1 stəkan şəkərsiz çay, ya da qəhvə
    Günorta: 100 qram qızardılmış hinduşka əti, 1 dilim kəpək çörəyi, salat
    Axşam: 1 pors qiyməli ispanaq yeməyi, salat, 1 ədəd naringi

    4-cü gün

    Səhər: 1 dilim qızardılmış, ya da isidilmiş kəpək çörəyi, 1 xiyar, 1 stəkan şəkərsiz çay ya da qəhvə
    Günorta: 100 qram qızardılmış kotlet, salat, 1 kasa qatıq
    Axşam: 1 pors gül kələmi yeməyi, yarım pors yağsız makaron, 1 ədəd nar

    5-ci gün

    Səhər: 1 yumurta, 1 pomidor, 1 xiyar, 1 stəkan şəkərsiz çay, ya da qəhvə
    Günorta: 100 qram qızardılmış bifşteks, 1 kasa qatıq, 1 ədəd portağal,
    Axşam: 1 ədəd göbələk sotesi, yarım pors makaron, 1 ədəd naringi

    6-cı gün

    Səhər: 1 yumurtalı omlet, 1 stəkan şəkərsiz çay, ya da qəhvə
    Günorta: 3 ədəd doğranmış qarışıq tərəvəz yeməyi, yarım pors plov, 1 nar
    Axşam: 1 pors ətli quru lobya, 1 kasa qatıq, 1 ədəd portağal

    7-ci gün

    Səhər: 1 dilim qızardılmış, ya da isidilmiş kəpək çörəyi, az pendir, 1 pomidor, 1 stəkan şəkərsiz çay, ya da qəhvə
    Günorta: 100 qram qızardılmış toyuq filesi, 1 kasa qatıq
    Axşam: 1 pors balqabaq yeməyi, yarım pors makaron, 1 kasa qatıq


    Gecələr 1 stəkan ilıq süd için.


    Fərizə ƏHMƏDOVA
#04.11.2015 16:43 0 0 0