Azərbaycanlı dizaynerin kolleksiyası Belqrad Moda həftəsində

Son güncelleme:
  • Qadin dunyasi - Azərbaycanlı dizayner - Populyar dizayner Gülşən Tağı

    noimage

    Populyar azərbaycanlı dizayner Gülşən Tağı Belqradda təşkil olunacaq Yüksək Moda həftəsinə qatılacaq.

    Aile.lent.az-ın məlumatına görə, tədbir noyabrın 10-dan 16-a qədər baş tutacaq. Gülşən isə öz kolleksiyasını 15 noyabr tarixində nümayiş etdirəcək. Moda həftəsini Serbiyanın Milli Moda Palatası təşkil edir. Tədbirə Fransadan, Polşadan, Portuqaliyadan, Macarıstandan, İspaniyadan və Ukraynadan tanınmış dizaynerlər və modelyerlər dəvət olunub. Gülşən üçün bu tədbir öz istedadını beynəlxalq müstəvidə nümayiş etdirmək baxımından böyük bir şansdır.

    Qeyd edək ki azərbaycanlı dizaynerin səfəri “Baku Fashion Week” çərçivəsində təşkil olunub.


    Alinti..
0 0 0