Uca Allah ət olan evə və yağlı ətə nifrət edir

Son güncelleme: 07.11.2015 18:57
  • Hədis - Hədislər - islami yazilar - Uca Allah ət olan evə və yağlı ətə nifrət edir oxu

    noimage

    Hüseyn ibn Xalid Əli ibn Musa deyir ki, İmam Rzanın (ə;) atası İmam Kazım (ə;) istinadən, İmam Cəfər Sadiqdən (ə;) belə buyurduğunu nəql edir:

    "Həqiqətən uca Allah ət olan evə və yağlı ətə nifrət edir”.

    Səhabələrdən biri dedi: "Ey Peyğəmbər övladı, biz ət yemeyi xoşlayırıq və bizim evlərimizdə ətsiz yemək olmur. Bunu necə başa düşək?”

    Həzrət İmam Sadiq (ə;) buyurdu:

    Sizin fikirləşdiyiniz kimi deyildir. <<Ət olan ev>> o evdir ki, orada camaatın ətini onların qeybətini etməklə yeyərlər. "Yağlı ət" isə yer üzündə dikbaş və təkəbbürlə gəzən insanın rəmzidir.

    alinti...
#07.11.2015 18:57 0 0 0