Mövsümi tərəvəzlərdən yüngül salat resepti

Son güncelleme: 10.11.2015 21:03
  • Mövsümi tərəvəzlərdən yüngül salat resepti - Mövsümi tərəvəzlərdən yüngül salat terifi ve terkibi - Mövsümi tərəvəzlərdən yüngül salatin hazirlanmasi

    noimage

    Tərkibi:
    150 qr kahı
    70 qr turp
    80 qr xiyar
    80 qr xırda pomidorlar (çerri)
    50 qr + 50 qr bolqar bibəri (qırmızı və sarı)
    40 qr qırmızı soğan
    duz zövqə görə
    istiot zövqə görə
    30 ml kətan yağı
    20 qr xardal
    10 ml limon şirəsi

    Hazırlanması:
    1. Bütün tərəvəzlər yuyulub, qurudulur. Kahı hissələrə didilir.
    2. Turp yumru hissələrə doğranılır.
    3. Bibərlər tumlarından təmizlənərək ücbucaq formasında doğranılır.
    4. Soğan təmizlənir və xırda saman formasında doğranılır.
    5. Pomidorlar yarı doğranılır.
    6. Xiyarlar yumru şəkildə doğranılır.
    7. Sousun hazırlanmsı: dərin qaba limon şirəsini töküb və daima qarışdırılaraq üzərinə kətan yağ əlavə edilir. Sonda zövqə görə duz və istiot əlavə edilir.
    8. Sonra bütün tərəvəzləri bir dərin qaba tökərək, onların üzərinə sous əlavə edilir və qarışdırılır.
    9. Və nəhayət, alınan salatı boşqaba tökərək dada bilərsiniz.

    Nuş olsun!

    alinti...
#10.11.2015 21:03 0 0 0