
,
nəbzin olmaması.
: hipotoniya, ürəyin həcm vurğusunun kəskin azalması, ağciyər arteriyasının hipertenziyası, ağciyər kapilyarlarında qapanma təzyiqinin yüksək olması
süni tənəffüs aparatına qoşulması vacibdir. Arterial qanda oksigenin parsial təzyiqi (Po2) 70 mmHg sütunundan yuxarı təmin edilməlidir. Kardiogen şoku törətmiş potensial faktor ürək ritminin pozğunluğu olarsa dərhal onu aradan qaldırmaq vacibdir. Bradikardiyalı ritm pozğunluğunda ilkin olaraq parasimpatolitik preparatlardan, məsələn atropin sulfat istifadə edərək ürək vurğularının sayını və nəbzi norma həddinə çatdırmaq lazımdır. Cavab olmadıqda isə təcili xarici və ya transvenoz yolla Eletrostmulyator tətbiq etməklə ürək vurğularının sayını və nəbzi bərpa etmək lazımdır. Kardiogen şoka səbəb taxiaritmik formalı ürək ritm pozğunluğu: mədəcik taxikardiyası, qulaqcıqların sayirici aritmiyası olarsa dərhal kardioversiya tətbiq edilməlidir. Sinus ritmini təmin etmək üçün aritmiyalar əleyhinə preparatlardan da istifadə etmək olar. Nisbi hipovolemiya (məsələn, miokardın deşilməsi nəticəsində massiv qanaxma zamanı baş verən ürək tamponadası) kardiogen şokların 20%-də rast gəlinir. Bu zaman mövcud defisit vena daxilinə infuziyalarla aradan qaldırılmalıdır. Bu məqsədlə ürəyin işini, ümumi dövran edən qanın həcmini, periferik damarların müqavimətini, ağciyər xarici və daxili maye həcmini dəqiq hesablamaq üçün ing PICCO və ing Swan Ganz manitorinq sistemlərindən istifadə edilir. Bu müayinə metodları infuzion və katoxolamin terapiyasını uclaşdırmağa imkan verir. Kardiogen şok zamanı tətbiq edilən invaziv manipulyasiyalardan bibi də aortadaxili balon kontrapulsasiya – ADBK-dir. Bu invasiv üsul adətən miokardın massiv işemiyası nəticəsində inkişaf edən kardiogen şoklarda daha effektlidir. Burada məqsəd ürəyin tac damarlarının perfuziyasını və miokardın oksigen təchizatını adekvat təmin etməklə ürək əzələsinin qüvvəsini bərpa etməkdir.