3 dərəcə şaxta olacaq - proqnoz

Son güncelleme:
  • Sosial xəbərlər
    noimage

    Noyabrın 12-də Bakı və Abşeron yarımadasında gün ərzində arabir yağış yağacağı gözlənilir. Axşam yarımadanın bəzi yerlərində intensiv olacağı ehtimalı var. Arabir güclənən şimal-qərb küləyi günü ikinci yarısında mülayimləşəcək.
    Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, sabah havanın temperaturu gecə 8-11 dərəcə, gündüz 12-14 dərəcə isti olacaq.

    Sabah Azərbaycanın rayonlarında fasilələrlə yağış yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı, dağlıq və dağətəyi rayonlarda sulu qar və qara keçəcəyi ehtimalı var. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.

    Havanın temperaturu Aran rayonlarında gecə 4-9 dərəcə, gündüz 10-14 dərəcə, dağlıq rayonlarda gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 2-7 dərəcə isti olacaq.

    alıntı
0 0 0