500 Hədis

Son güncelleme:
  • Hədis - Hədisler - 500 Hədis


    Hədis 1: Həzrət Məhəmməd (s) buyurur: “Bütün yaxşılıqlardan üstün bir yaxşılıq vardır. Lakin insan Allah yolunda öldürüldükdə, daha bundan da üstün bir yaxşılıq yoxdur.”
    * * *
    Hədis 2: Həzrət Məhəmməd (s) buyurur: Heç bir damla Allah yolunda tökülən qan damlasından əziz deyil.
    * * *
    Hədis 3: İmam Sadiq (ə;) buyurur: “Hər kəs Allah yolunda öldürülsə, Allah-təala ona heç bir günahını göstərməz. (Bütün günahları bağışlanar).
    * * *
    Hədis 4: İmam Sadiq (ə;) buyurur: Ailə xərcinin qorxusundan evlənməyən kəs Allaha qarşı sui-zənn etmişdir.
    * * *
    Hədis 5: İmam Sadiq (ə;) buyurur: Hər kəs mö`mini yoxsulluğuna görə alçaq saysa, Allah-təala da qiyamət günü onu xalq qarşısında rüsvay edər.
    * * *
    Hədis 6: İmam Sadiq (ə;) buyurur: “Bütün peyğəmbərlər bizim (Biz Əhli-beytin) üstünlüyümüzü və haqqımızı tanıyaraq məb`us olmuşdur.
    Hədis 7: İmam Baqir (ə;) buyurur: Üç şey insanın belini qırır:
    1. Öz əməlini böyük saymaq;
    2. Öz günahını yaddan çıxarmaq;
    3. Öz rəyindən xoşu gəlmək.”
    * * *
    Hədis 8: İmam Sadiq (ə;) buyurur: Allah-təalaya hüsn-zənn budur ki, Ondan başqa heç kəsə ümidin olmasın və günahlarından başqa heç nədən qorxmayasan.
    * * *
    Hədis 9: İmam Həsən (ə;) buyurur: Günahın cəzasını verməkdə tələsmə, üzr üçün bir yol qoy.
    * * *
    Hədis 10: Həzrət Məhəmməd (s) buyurur: “Əməllərinizi Allah üçün xalisliklə yerinə yetirin. Həqiqətən, Allah yalnız Onun üçün xalisliklə yerinə yetirilmiş əməlləri qəbul edir.”
    * * *
    Hədis 11: Həzrət Məhəmməd (s) buyurur: Öz ümmətim üçün hər şeydən çox danışıqda mahir olan münafiqlərdən qorxuram.
    * * *
    Hədis 12: Həzrət Məhəmməd (s) buyurur: Allah-təala sevdiyi bəndəsini çətinliyə salar ki, onun ahuzarını eşitsin.
    * * *
    Hədis 13: Həzrət Məhəmməd (s) buyurur: Bir şəxsi işlətmək üçün əcir tutduqda, haqqını ona əvvəlcədən e`lan edin.
    * * *
    Hədis 14: Həzrət Məhəmməd (s) buyurur: Elm öyrənənin (din tələbəsinin) əcəli çatdıqda, şəhid kimi ölər.
    * * *
    Hədis 15: Həzrət Məhəmməd (s) buyurur: Əgər öz yaxşı işindən sevinib, pis işindən narahat olursansa, deməli mö`minsən.
    * * *
    Hədis 16: Həzrət Məhəmməd (s) buyurur: Qəzəbləndiyin zaman, sakit ol (dayan).
    * * *
    Hədis 17: Həzrət Məhəmməd (s) buyurur: Tanışlarınızdan biri öldüyü zaman onu rahat buraxın və haqqında pis danışmayın.
    * * *
    Hədis 18: Həzrət Məhəmməd (s) buyurur: Bir bəndə öldükdə camaat deyər: Özündən sonra nə qoydu getdi?” Və mələklər deyər:Özü ilə nə gətirdi?”
    * * *
    Hədis 19: Həzrət Məhəmməd (s) buyurur: Ölənlərinizin yaxşılıqlarını yada salın və pisliklərinə göz yumun.
    * * *
    Hədis 20: Həzrət Məhəmməd (s) buyurur: İki saleh qohumundan həya etdiyin kimi Allahdan həya et.
    * * *
    Hədis 21: Həzrət Məhəmməd (s) buyurur: Xalqa möhtac olmayın və onlardan bir diş çöpü belə istəməyin.
    * * *
    Hədis 22: Həzrət Məhəmməd (s) buyurur: Xalqın ən şücaətlisi öz nəfsinə qalib gələn şəxsdir.
    * * *
    Hədis 23: Həzrət Məhəmməd (s) buyurur: Beşikdən qəbrədək elm axtarışında (öyrənməkdə;) olun.
    * * *
    Hədis 24: Həzrət Məhəmməd (s) buyurur: Mö`minin çətinliyi hamıdan çoxdur, çünki o həm dünya, həm də axirət işləri ilə məşğul olmalıdır.”
    * * *
    Hədis 25: Həzrət Məhəmməd (s) buyurur: Az günah etsən, ölüm sənə asan olar.
    * * *
    Hədis 26: Həzrət Məhəmməd (s) buyurur: Diş fırçalamaq barəsində mənə o qədər göstəriş verdilər ki, onun vacib olacağından qorxdum.
    * * *
    Hədis 27: Həzrət Məhəmməd (s) buyurur: Dünyada hamıdan tox olan, qiyamətdə hamıdan ac olacaq.
    * * *
    Hədis 28: Həzrət Məhəmməd (s) buyurur: Sədəqə var-dövləti artırar.
    * * *
    Hədis 29: Həzrət Məhəmməd (s) buyurur: Allah-təala ata və anaya yaxşılıq edən insanın ömrünü uzadar.
    * * *
    Hədis 30: Həzrət Məhəmməd (s) buyurur: Allah-təala bütün danışanların dilinə nəzarətçidir. Bəndə Allahdan qorxmalı və nə danışdığına fikir verməlidir.
    * * *
    Hədis 31: Həzrət Məhəmməd (s) buyurur: Allah-təala duada israr edənləri sevər.
    * * *
    Hədis 32: Həzrət Məhəmməd (s) buyurur: Allah-təala, bəndəsinin Ona tərəf uzadılmış əlini geri qaytarmaqdan və onu ümidsiz qoymaqdan həya edər.”
    * * *
    Hədis 33: Həzrət Məhəmməd (s) buyurur: Allah-təala boş söz-söhbətləri sizə qadağan etdi.
    * * *
    Hədis 34: Həzrət Məhəmməd (s) buyurur: İsrafın bir növü də ürəyin istədiyi hər bir şeyi yeməkdir.
    * * *
    Hədis 35: Həzrət Məhəmməd (s) buyurur: Hər kəs Allahdan bir şey istəməsə, Allah ona qəzəblənər.
    * * *
    Hədis 36: Həzrət Məhəmməd (s) buyurur: Öz sübhünüzü sədəqə verməklə başlayın, çünki bəla sədəqənin üstündən keçə bilmir.
    * * *
    Hədis 37: Həzrət Məhəmməd (s) buyurur: Sübh tezdən ruzi və hacət dalınca gedin, çünki tezdən durmaq bərəkət və qurtuluşa səbəbdir.”
    * * *
    Hədis 38: Həzrət Məhəmməd (s) buyurur: Varlıların yediyi, fəqirlərin isə məhrum olduğu toy xörəyi necə də pisdir.
    * * *
    Hədis 39: Həzrət Məhəmməd (s) buyurur: Paxıl (xəsis) o şəxsdir ki, adım çəkiləndə mənə salavat göndərmir.
    * * *
    Hədis 40: Həzrət Məhəmməd (s) buyurur: Çox yemək qəlbdə qəsavət (daşürəklilik) yaradır.
    * * *
    Hədis 41: Həzrət Məhəmməd (s) buyurur: “Oruc tutarkən obaşdan yeyin, çünki obaşdanlıq bərəkətin əsasıdır.
    * * *
    Hədis 42: Həzrət Məhəmməd (s) buyurur: Bir-birinizə əl verin (görüşün) ki, qəlbinizdən kin xaric olsun.
    * * *
    Hədis 43: Həzrət Məhəmməd (s) buyurur: Günahdan tövbə odur ki, onu təkrar etməyəsiniz.
    * * *
    Hədis 44: Həzrət Məhəmməd (s) buyurur: Dünyanın şirinliyi axirətin acılığı və dünyanın acılığı axirətin şirinliyidir.
    * * *
    Hədis 45: Həzrət Məhəmməd (s) buyurur: Qadının cihadı ərinə yaxşı baxmaqdır.
    * * *
    Hədis 46: Həzrət Məhəmməd (s) buyurur: Evlənməyin ən yaxşısı odur ki, asan başa gəlsin.
    * * *
    Hədis 47: Həzrət Məhəmməd (s) buyurur: Dostlarınızın ən yaxşısı eyblərinizi sizə deyəndir.
    * * *
    Hədis 48: Həzrət Məhəmməd (s) buyurur: Allah rəhmət etsin o kəsə ki, öz dilini islah edər.
    * * *
    Hədis 49: Həzrət Məhəmməd (s) buyurur: Çox gülmək qəlbi öldürər.
    * * *
    Hədis 50: Həzrət Məhəmməd (s) buyurur: Əməl olunan elmdən savayı, bütün elmlər qiyamət günündə vizrü-vəbal olacaqdır.
    * * *
    Hədis 51: Həzrət Məhəmməd (s) buyurur: Heç bir işi sabaha saxlama ki, hər günün öz işi var.
    * * *
    Hədis 52: Həzrət Məhəmməd (s) buyurur: Özünüz yemədiyinizi yoxsullara yedirməyin.
    * * *
    Hədis 53: Həzrət Məhəmməd (s) buyurur: Cahil (nadan) bir şəxs ya ifrat edər (həddi aşar), ya da geridə qalar.
    * * *
    Hədis 54: Həzrət Məhəmməd (s) buyurur: Kim məsləhətləşsə peşman olmaz və kim də orta həddi gözləsə, yoxsul olmaz.
    * * *
    Hədis 55: Həzrət Məhəmməd (s) buyurur: Bir şəxs özü üçün istədiyini din qardaşı üçün də istəmədikcə mö`min olmaz.
    * * *
    Hədis 56: Həzrət Məhəmməd (s) buyurur: Heç bir kəs gücü çatmayan şeyi qonağı üçün hazırlamamalıdır.
    * * *
    Hədis 57: Həzrət Məhəmməd (s) buyurur: Camaata verilən heç bir sədəqə onların arasında yayılan elmdən üstün deyildir.
    * * *
    Hədis 58: Həzrət Məhəmməd (s) buyurur: O işi ki, istəmirsən camaat səndən görsün, təklikdə də əncam vermə.
    * * *
    Hədis 59: Həzrət Məhəmməd (s) buyurur: Mən hara, dünya hara?! Mənim dünyadakı vəziyyətim bir ağacın kölgəsində oturan, sonra onu orada qoyaraq durub gedən müsafir kimdir.
    * * *
    Hədis 60: Həzrət Məhəmməd (s) buyurur: Sədəqə verməklə mal azalmaz.
    * * *
    Hədis 61: Həzrət Məhəmməd (s) buyurur: Hər kəs çox yeməyə adət etsə, ürəyi qəsavət bağlayar (daşlaşar).
    * * *
    Hədis 62: Həzrət Məhəmməd (s) buyurur: Hər kəs özünü hansı dəstəyə oxşadarsa, həmin dəstədəndir.
    * * *
    Hədis 63: Həzrət Əli (ə;) buyurur: Sizin qiymətiniz yalnız behiştdir, özünüzü ondan ucuzuna satmayın.
    * * *
    Hədis 64: Həzrət Məhəmməd (s) buyurur: Elm ilə birgə olan yuxu, cəhl ilə birgə olan ibadətdən üstündür.
    * * *
    Hədis 65: Həzrət Məhəmməd (s) buyurur: Allah-təala övladlarınız arasında, hətta onları öpərkən belə ədalətə riayət etməyinizi sevir.
    * * *
    Hədis 66: Həzrət Məhəmməd (s) buyurur: Allah-təala yalnız rəhimli bəndələrinə rəhm edər.
    * * *
    Hədis 67: Həzrət Məhəmməd (s) buyurur: “Qadının bərəkətli olmasının əlaməti budur ki, elçiliyi asan, mehriyyəsi isə yüngül olsun.
    * * *
    Hədis 68: Həzrət Məhəmməd (s) buyurur: Bu dünyada sizin üçün bir müsafirin azuq
0 0 0