Bütün dövrlərin ən yaxşı sənətçiləri məlum oldu

Son güncelleme:
  • Şou biznes xəbərləri - Məşhurlar

    noimage

    Bütün dövrlərin dahi sənətçilərinin reytinq cədvəli açıqlanıb.

    ANS PRESS-in məlumatına görə, dünyanın ən böyük “Billboard“ musiqi nəşri son bir neçə onilliklər ərzində ən böyük ifaçıların xüsusi reytinqini tərtib edib. Nəticədə mürəkkəb xal sistemində ifaçıların hitləri qiymətləndirilib.

    Bütün dövrlərin dahi sənətçisi Britaniyanın "The Beatles" qrupu seçilib. İkinci isə pop kraliçası Madonnadır.

    Dünyanın ən məşhur homoseksualisti Elton Con 3-cüdür. Maraqlıdır ki, pop kralı Maykl Cekson bacısı Canet Ceksondan 1 pillə aşağıda qərarlaşıb.


    noimage
    "The Beatles"

    Bütün dövrlərin dahi artistlərin reytinq cədvəli

    1. Bitls qrupu
    2. Madonna
    3. Elton Con
    4. Elvis Presli
    5. Meray Keri
    6. Stiv Vander
    7. Canet Cekson
    8. Maykl Cekson
    9. Uitni Hyuston
    10. The Rollinq Stoun

    noimage
    Madonna

    noimage
    “Billboard“ musiqi nəşrin "İnstaqram" hesabı

    "The Beatles" Liverpul şəhərindən olan Con Lennon, Pol Makkartni, Corc Harrison və Rinqo Starı (əsl adı – Riçard Starki) özündə birləşdirən, 60-cı illərin məşhur ingilis rok qrupudur. "Beatles" rok-pop musiqisinə misilsiz töhfələr verməklə onu köklü surətdə dəyişib.

    Ötən əsrin 60-cı illərində görünməmiş populyarlıq qazanan qrup XX əsrin musiqi mədəniyyətində ən parlaq fenomenlərdən birinə çevrilib. Hazırda sağ qalan qrup üzvləri – Pol Makkartni və Rinqo Star ayrı-ayrılıqda öz solo karyeralarını davam etdiririr. Bu sahədə Pol Makkartni daha böyük uğurlara imza atıb.

    alinti...
0 0 0