Melanom Dəri Xərçəngi

Son güncelleme:
  • Xestelikler - Dəri xərçəngi - Melanom Dəri Xərçəngi haqqinda - Melanom Haqqında Bilmədiklərimiz


    noimage


    Melanom yəni dəri xərçəngi haqqında daha çox məlumat olmaması ilə birlikdə məlumat çirkliliyi də olduqca çoxdur.

    Melanom haqqında bilinməyən 5 vacib faktor nədir?
    Gənclərdə ən çox rast gəlinən xərçəng növlərindəndir

    Nadir görülən bir dəri xərçəngi növü olsa da 25-29 yaşları arasında olan gənc yaşlarda ən çox rast gəlinən xərçəng növüdür. Mütəxəssislər isə bunun səbəbinin səhv günəşlənmək olduğunu düşünürlər.

    Hər növ dəri tonundakı insana təsir göstərir

    Dərisində daha çox piqment olan insanların daha aşağı risk qrupunda olduqları doğru olsa belə, günəş kremi istifadə etməmək üçün bir səbəb deyil. Tünd dərili insanlarda da melanom görülə bilər.madezmelanom1

    Bir xal ilə yaranmaya bilər

    Bədxassəli xallar melanoma səbəb olduğu məlum olsa belə bəzi hallarda başqa bir bölgədə də melanom görülür.

    Xalı olan və ya xalsız insanlarda da görülə bilər

    Melanomun simptomları arasında xal şəklindəki,ölçüsündəki, rəngindəki dəyişikliklər əhəmiyyətlidir və nə qədər çox xaınız varsa o qədər risk altında ola bilərsiniz, amma artıq çox xalı olmayan insanlar da melanoma xəstəliyi olma ehtimalı vardır.

    Günəş işığı düşməyən yerlərdə də görünür

    Barmaq aralarında,qoltuq altlarında,kürəkdə,ayaqlarda,cinsi orqanlarda da melanom görülə bilər. Öz özünüzü kontrol etməyi öyrənin və bu bölgələri də davamlı olaraq yoxlayın.

    Doktor Fuad Nezerov
0 0 0