Türkiyədə İŞİD üzvləri həbs edilib

Son güncelleme:
  • Xeber - Xeberler - Dunyadan Xeber

    noimage

    Türkiyə ərazisində İraq Şam İslam Dövləti (İŞİD) terrorçu təşkilatına qarşı həyata keçirilən antiterror əməliyyatları davam etdirilir. Lent.az AzərTAc-a istinadən xəbər verir ki, Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahından verilən məlumata görə, Kilis bölgəsində Suriyadan Türkiyə ərazisinə keçən altı İŞİD üzvü saxlanılıb.
    Gaziantepdə isə İŞİD-ə qarşı keçirilən antiterror əməliyyatı zamanı axtarış aparılan bir evdə bomba partlayıb. Nəticədə beş polis yaralanıb. Partlayış olan evdə 2 qadın saxlanılıb, 3 azyaşlı isə aidiyyəti qaydada hökumət qurumlarına təhvil verilib.
    Türkiyə Silahlı Qüvvələri isə İraqın şimalında PKK-ya məxsus 44 düşərgəni bombalayıb. Həmin ərazilərdəki terrorist düşərgələrindən qaçan 10 terrorçu Türkiyə tərəfinə təslim olub.

    alinti..
0 0 0