Kəsmikli zapekanka resepti

Son güncelleme:
  • Kəsmikli zapekanka resepti - Kəsmikli zapekanka terifi ve terkibi - Kəsmikli zapekanka nece hazirlanir?

    noimage

    Tərkibi:
    300 qr kəsmik
    3 ədəd yumurta
    6 xörək qaşığı mannı
    3 xörək qaşığı şəkər tozu
    0,5 stəkən süd
    1 qabartma tozu
    vanil

    Hazırlanması:
    Əvvəlcə yumurtaları mikserlə çalırıq. Sonra kəsmik, mannı, şəkər tozu, vanil əlavə edib mikserlə qarışdırırıq. Qarışdırdıqdan sonra südü əlavə edib yenidən qarışdırırıq. Sonra tavanın dibini azca yağlayıb, tavaya töküb sobada 180 dərəcədə bişiririk. Artıq zapekankamız hazırdır.

    Nuş olsun!
0 0 0