Giriş
Giriş
Üye Ol
Main-Board
22 Yıl 7 Ay 9 Günden beri Online
Konu
İçerik
Üye
Giriş
Giriş
Üye Ol
Ana Sayfa
Azərbaycan
Böldün tən məni - Aygün Rəhimli
Böldün tən məni - Aygün Rəhimli
284
Son güncelleme:
17.11.2015 14:15
Sbela
Aygün Rəhimli şeirləri - Böldün tən məni
Dumanlı havadır, görüşürük biz.
Sanki üstümüzə çırpınır dəniz.
Mənə darmı gəldi süründüyüm düz?
Dağa-daşa saldım yenə mən məni.
Alışdı köksümdə ocağım, közüm,
Titrədi dodağım, tərs gəldi sözüm,
“Getmə” söyləməyə gəlmədi üzüm,
Yoxluğun üşütdü, yoxsa çən məni?
Baldan şirin bildim eşqin dadını,
Eşq doğma eylədi elin yadını.
Sevgi qoysaq bağlanmağın adını,
Görən mən çox sevdim, yoxsa sən məni?
Olanları unutmuşdum, silmişdim.
Görüşünə bəhanəylə gəlmişdim.
Mən səni özümdən yaxın bilmişdim,
Heç bilmədim, niyə tutdun gen məni?
Rəhimli, gözündə sevgi ucaldı?
“Onsuz”-luğun yerin məhəbbət aldı?
Yarımı apardın, yarımsa qaldı,
Gedişinlə yenə böldün tən məni.
Aygün Rəhimli
#17.11.2015 14:15
0
0
0
Önceki Konu:
Azərbaycan prezidenti Fransadadır
Sonraki Konu:
Rəqsanənin qızı filmə çəkilir
Main-Board 2004 - 2026
Üyeler
Toplist
Gündem
Hakkımızda
Kurallar
İletişim
Main-Board