Safii Mezhebine Gore saqqal ve Onu Qirxmagin hokmu

Son güncelleme: 17.11.2015 21:24
  • Dini yazilarda - Saqqal ve Onu Qirxmagin hokmu


    Şafi məzhəbində isə məşhur olan görüş saqqalı saxlamağın vacib deyil, təkid olunmuş sünnət olmasıdır və buna görə də məşhur şafi muhaqqiqlərinin görüşünə görə saqqalı azaltmaq və ya qırxmaq haram deyil, məkruhdur.
    Məsələn Şafi alimlərindən əl-Xattabi (öl: hicri 388) deyir:

    وأما إعفاء اللحية فهو إرسالها وتوفيرها ، كرهلنا أن نقصها كفعل بعض الأعاجم ، وكان من زي آل كسرى قص اللحى وتوفير الشوارب ، فندب النبي صلى اللهعليهوسلم إلى مخالفتهم في الزي والهيئة

    “Saqqal buraxmağa gəldikdə isə, bu onu uzatmaq və artıqmaq deməkdir. Bizim üçün bəzi əcəmilərin etdiyi kimi saqqalımızı qırxmaq məkruhdur. Kisra camaatının zahiri görüşündən də biri saqqalı qırxmaq və bığları uzatmaq idi. Peyğəmbər, salləllahu aleyhi va səlləm, isə zahiri görünüşdə və davranışda onlara müxalifət etməyi buyurmuşdur.”

    “Məalim əs-Sunən”, 1/42

    Digər məşhur şafi alimi İbn əl-Mulaqqin deyir:

    وقالَ الحَلِيمي في “منهاجه”: لا يحلُّ لأحدٍ أن يحلق لحيتهولا حاجبيه, وإن كان لهان يحلق سباله, لأنّ لحلقهفائدة وهي أن لا يعلق بهمن دسم الطعام, ورائحتهما يكره، بخلاف حلق اللحية فإنههُجنة وشهرة وتشبهبالنساء، فهو كجبِّ الذكر.وما ذكرهفي حقِّ اللحية حسنٌ وإن كان المعروفُ في المذهب الكراهة

    “əl-Həlimi “Minhəc” əsərində deyir: “Heç kəs üçün saqqalını və ya qaşlarını qırxması halal deyildir, lakin bığların kənarlarını qırxa bilər. Çünki onları qırxmaqda fayda vardır, bu isə yemək yağının həmin hissələrə yapışmaması üçündür və nəticədə gələn qoxudan xoşlanmazlar. Saqqalı qırxmaq isə bunun əksinədir, çünki saqqalı qırxmaq qüsurdur və insanlar içində seçilməkdir və qadınlara bənzəməkdir və bu, zəkəri kəsik olmaq kimidir.” (İbn əl-Mulaqqin deyir ) Onun saqqal barədə dedikləri gözəldir, baxmayaraq ki məzhəbdəki rəy bunun məkruh olmasıdır.”

    “əl-İləm bi Fəvaid Umdətil-Əhkam”, 1/711-712
    Təhqiq: Abdulaziz əl-Muşeyqih
    Dar əl-Asimə, Riyad, hicri 1417 (1997)

    Digər şafi alimi Ziyaəddin Əbu Yəhya Zəkəriyya bin Muhamməd bin Zəkəriyya əl-Ənsari, rahiməhullah, yəmənli şafi alimi İbn əl-Muqrinin “ər-Ravda” əsərinə yazdığı şərhdə deyir:

    و يكرهنتفها أي اللحية أول طلوعها إيثارا للمرودة وحسن الصورة ونتف الشيب لما مر في شروط الصلاة واستعجالهأي الشيب بالكبريت أو غيرهطلبا للشيخوخة وإظهارا لعلو السن لأجل الرياسة ونتف جانبي العنفقة و جانبي شعر اللحية وتشعيثها إظهارا للزهد وقلة المبالاة بنفسهوتصفيفها طاقة فوق طاقة للتزين والتصنع والنظر في سوادها وبياضها إعجابا وافتخارا والزيادة في العذارين من الصدغ والنقص منها لئلا يغير شعرها قال في المجموع قال الغزالي في الإحياء واختلف السلف فيما طال من اللحية فقيل لا بأس أن يقبض عليها ويقص ما تحت القبضة وقد فعلهابن عمر وجماعة من التابعين واستحسنهالشعبي وابن سيرين وكرههالحسن وقتادة ولخبر أعفوا اللحى قال الغزالي والأمر فيهقريب إذا لم ينتهإلى تقصيصها وتدويرها من الجوانب فإن الطول المفرط قد يشوهالخلقة ولا بأس بترك سباليهوهما طرفا الشارب قال الزركشي وهذا يرد ما رواهالإمام أحمد في مسندهقصوا سبالاتكم ولا تشبهوا باليهود.

    “Gözəl görünümü və ya saqqalsızlığı tərceh edərək onu, yəni saqqalı ilk çıxan zamanlarda yolmaq məkruhdur və namazın şərtləri mövzusunda keçən səbəbə görə də ağ tükləri yolmaq və ya ixtiyar olmağı arzu edərək və ya ağalıq etmək məqsədilə yaşda böyük görsənmək üçün tezləşdirmək, yəni tükləri kükürd ilə ağartmaq, dodağın altındakı tüklərin yanlarını və saqqalın yanlarını yolmaq və özünü zahid və öz nəfsinə qarşı diqqətsiz göstərmək üçün saqqalı eybəcərləşdirmək, bəzənmək və süslənmək üçün saqqalı qat-qat kəsmək və ya özündən xoşlanaraq və iftixar ilə saqqalın qaralığı və ağlığını tasarlamaq, artıq tük qoşaraq saqqalı artırmaq və ya azaltmaq – saçı dəyişdirməmək üçün- məkruhdur. “əl-Məcmu”da dedi: “əl-Ğazali “əl-İhya” əsərində dedi: “Sələf saqqalın artıq qalan hissəsi barədə ixtilaf etdi. Saqqalı bir ovucla tutub, artıq qalanını kəsməkdə bir bəis olmadığı söyləndi, beləki bunu İbn Ömər və bir qrup tabii etmişdir. Şabi və İbn Sirin bunu gözəl görmüşdür. Lakin əl-Həsən (əl-Basri) və Qatadə isə “Saqqalınızı uzadın” hədisi səbəbi ilə bunu xoş görmürdü. əl-Ğazali dedi: Bu məsələ aydındır, çünki əgər uzunundan kəsməsən və kənarlarından almasan saqqal ifrat dərəcədə uzanar və xilqəti eybəcərləşdirər. Bığların kənarını uzatmaqda isə bir bəis yoxdur.” əz-Zərkaşi dedi: Bu İmam Əhmədin “Müsnəd” əsərində rəvayət etdiyinə qarşıdır: “Bığlarınızın kənarlarını kəsin və yəhudilərə bənzəməyin!”

    “Əsna əl-Mətalib Şərh Ravdatit-Talib”, 1/551

    Digər məşhur şafi alimi əş-Şihəb Əhməd ər-Ramlinin görüşü isə onun fətvalar məcmusunda qeyd olunmuşdur:

    ( بَابُ الْعَقِيقَةِ ) ( سُئِلَ ) هَلْ يَحْرُمُ حَلْقُ الذَّقَنِ وَنَتْفِهَا أَوْ لَا ؟ ( فَأَجَابَ ) بِأَنَّ حَلْقَ لِحْيَةِ الرَّجُلِ وَنَتْفَهَا مَكْرُوهٌ لَا حَرَامٌ ، وَقَوْلُ الْحَلِيمِيِّ فِي مِنْهَاجِهِ لَا يَحِلُّ لِأَحَدٍ أَنْ يَحْلِقَ لِحْيَتَهُ وَلَا حَاجِبَيْهِ ضَعِيفٌ .

    “(əl-Aqiqa babı) (soruşuldu: ) “Çənədəki tükləri qırxmaq və ya yolmaq haramdır ya yox? (Cavab verdi: ) Kişinin saqqalını qırxması və yolması məkruhdur, haram deyildir. əl-Həliminin “Minhəc” əsərindəki “Heç kəsə nə saqqalını, nə də qaşlarını qırxmaq halal deyildir” sözləri zəifdir.”

    alinti...
#17.11.2015 21:24 0 0 0