Göz - Göz yorğunluğu - Göz yorğunluğunu aradam qaldiran kompres nedir?
Gün ərzində saatlarla kompüter arxasında otururuq. Bundan ən çox zərər görən və yorulan orqanımız gözlərimiz olur. Gözləri dincəltməyin bir yolu idman hərəkətləridirsə, digər yolu da göz kompresidir
Erzaqlar:
1 çay qaşığı çobanyastığı
1 çay qaşığı yaşıl çay
2-3 damcı gül suyu
2 ədəd buz
1 stəkan su
Hazırlanması:
Yaşıl çay və çobanyastığını 1 stəkan qaynamış suda 5 dəqiqə saxlayın. İlıq olduqdan sonra süzüb içinə gül suyu və buz əlavə edin. Əldə etdiyiniz qarışıma makiyaj pambığını batırıb gözlərinizin üzərinə qoyun. 10-15 dəqiqə gözləyin. 15 dəqiqə sonra gözlərdəki rahatlığa inanmayacaqsınız.