Məşhur model gözəl sirrini açıqladı - Xanımlara məsləhət

Son güncelleme:
  • Xanımlara məsləhət - Məşhur model - Alessandra Ambrosio

    noimage

    “Victoria`s Secret”in mələklərindən biri, məşhur model Alessandra Ambrosio hər zaman formada qala bilmək üçün nə etdiyini və onu daha da yaxşı göstərən bəzi hiylələri açıqlayıb.


    Hər gün idman edin
    Əvvəl mən idmanla məşğul olmurdum. Hər şey ilk hamiləliyimdən sonra dəyişdi. Hamiləykən 27 kilo kökəldim. Doğuşdan 3 ay sonra isə yenidən podiuma çıxmalı idim. Buna görə bazar ertəsi velosiped sürməyə, çərşənbə günləri yoqa, cümə günləri pilateslə məşğul olmağa başladım. Sağlamlıqdan əhəmiyyətli heç nə yoxdur.

    Əhvalınıza uyğun seçin
    Əgər idmana getməyə həvəsim yoxdursa, mən dostlarımla voleybol oynaya, ya da velosipedlə gəzməyə çıxa bilərəm. Bəzən isə uşaqlarla hovuzda əylənməkdən zövq alıram.

    Yemək hər şeyin başıdır
    Çalışıram ki, yediyim rasion sağlamlıq baxımından maksium faydalı olsun. Səhəri kəpək çörəyi və yumurta ilə (bəzən donuz, ya hinduşka əti də əlavə edirəm) başlayıram. Günorta toyuq, axşam isə Çin, Meksika, ya da İtalyan mətbəxindən nəsə yeyirəm.

    Prioritetləri təyin edin
    Bikinidə olanda insanların ilk diqqət etdiyi yer sənin qarnındır. Press üçün ən sevdiyim hərəkət velosiped hərəkətidir. Arxası üst uzanıb ayaqlarınızla göydə velosiped sürürmüş kimi hərəkət etdirin. 100 dəfə edirəm. Arxa omba hissə üçün qarnı üstə uzanıb əl və ayaqları eyni vaxtda havaya qaldırın. 25 dəfə edirəm.

    Yumşaq bölgə
    Sellülit hər qadənın kabusudur, eləcə də mənim. Sellülit üçün pilləkənləri qaça-qaça çıxıb düşün. Həftədə bir dəfə Santa Monikadakı 170 pilləli ən hündür pilləkəni 4, bəzən 6 dəfə yuxarı çıxıb düşürəm.

    Xüsusi görünməyə çalışın
    Bəzən daha gözəl görünmək üçün bəzi hiylələriniz olmalıdı. İlk əvvəl yöndəmsiz durmayın. Azca günəş vannası qəbul edin. Bu, sizi güvənli hiss etməyə kömək edəcək.

    noimage

    noimage

    noimage

    alinti...
0 0 0