Yer fındığı ani ölüm riskini azaldır

Son güncelleme:
  • Qidalanma qaydaları - Yer fındığı - Yer fındığınin faydalari

    noimage

    Müntəzəm yeyildikdə yer fındığının ürək-damar xəstəliklərinin qarşısını ala biləcəyi məlum olub.
    Amerikalı elm adamları tərəfindən maddi vəziyyəti yaxşı olmayan 70 mindən artıq amerikalı və 130 min çinlinin iştirakı ilə aparılan araşdırma yer fındığının ürək-damar xəstəlikləri riskini azalda biləcəyini göstərib.
    Ani ölüm riskini 17% azalda bilər
    Araşdırmanı aparan elm adamlarından Hung Luu qəbul edilən miqdardan asılı olaraq yer fındığının ani ölüm riskini 17-21%, ürək-damar xəstəliklərindən qaynaqlanan ölüm riskini isə 23 -38% azalda biləcəyini vurğulayıb. Hung Luu qiyməti digər quru meyvələrə nisbətən daha münasib olan yer fındığının həftədə 30 qram qəbulunun belə ürək-damar xəsətəliklərinə qarşı qoruma təmin edə biləcəyini qeyd edib. Araşdırmaların nəticələri "Internal Medicine" jurnalında yayımlanıb.

    alinti..
0 0 0