2000 kalori pəhrizi

Son güncelleme: 24.11.2015 01:52
  • Saglam heyat - Pəhriz - 2000 kalori pəhrizi haqqinda

    noimage

    Stressiz və xəstəliksiz həyat sevinci. Gözəl qədd-qamət çətinliklə əldə edilən qələbə kimi görünməsin deyə, gündə 2000 kalori belə bəsdir *

    Artıq çəkidən azad olun
    Bu pəhriz sistematik olaraq hər ay bir neçə kilo arıxlamaq istəyən insanlar üçün nəzərdə tutulub.

    Asan pəhriz
    "2000 kalori” pəhrizinin prinsipləri:
    - gündə 6 dəfəyə qədər yeməyin qəbulu
    - alkohol içkilərinə qadağa
    - tort, pirojna, konfet, və sair kimi məhsullardan imtina.
    - gündə 2 litrə qədər su içmək
    - cürbəcür yeməklərdən istifadə etmək
    - qəlyanaltı etmək qadağandər (çips və ya başqa yungül qalyanaltılar)

    Pəhrizin mahiyyəti
    Bu pəhrizi tutmaq asandır, çünki pəhriz tutduğunuz müddət ərzində aclıq hiss etməyəcəksiniz. Gündəlik kalori sərfiyyəti2000 kaloridən çox olmamalıdır. İntensif fiziki fəaliyyət ilə birləşdiriləndə, bu pəhriz sizə ayda 2-3 kilo arıxlamaq imkanını verəcək.

    Əgər qadağa olan siyahıdan nəyisə yesəniz, narahat olmayın. Çoxlu su içmək və mehvə yemək ilə Siz vəziyyəti tarazlaşdırmış olacaqsınız.

    BİRİNCİ GÜN
    Səhər yeməyi:
    süd ilə bir fincan çay, bublik
    Günorta yeməyi:
    bir fincan çay, kolbasa ilə 2 dilim qara çörək
    Nahar:
    toyuq şorbası, buxarda bişirilmiş tərəvəzlər, bir stəkan tərəvəz şirəsi
    Günorta çayı :
    1 stəkan tomat şirəsi
    Şam yeməyi:
    bir stəkan süd, bublik, sixilmış kəsmik.

    İKİNCİ GÜN
    Səhər yeməyi:
    süd ilə bir stəkan çay, bublik, bekon ilə yumurta
    Günorta yeməyi:
    qəndsiz qəhvə, banan ilə buterbrod
    Nahar:
    makaron ilə toyuq salatı, portağal
    Günorta çayı:
    sıxılmış kəsmik ilə 3 düyü vaflisi
    Şam yeməyi:
    bir tikə qızardılmış toyuq, kartof püresi, zeytun yağı ilə tərəvəz salatı, sous

    ÜÇÜNCÜ GÜN

    Səhər yeməyi:
    bir stəkan tərəvəz şirəsi, bir tikə çörək
    Günorta yeməyi:
    2 tikə çörək, pendir, bir alma
    Nahar:
    tərəvəz əsasında şorba,bir tikə suda bişirilmiş mal əti, 2 dənə suda bişirilmiş kartof, vineqret sousu ilə kahı
    Günorta çayı:
    bir stəkan yerkökü şirəsi, bir tikə biskvit
    Şam yeməyi:
    qızardılmış karri ilə düyü

    Qeyd:
    - Ət porsiyaları 150 qramdan yuxarı olmamalıdır
    - şorba porsiyası 350 ml dan çox olmamalıdır
    - meyvə – 150 grama qədər
    - tərəvəzlər – 300 qrama qədər
    - kartof – 150 qrama qədər

    alinti..
#24.11.2015 01:52 0 0 0