Giriş
Giriş
Üye Ol
Main-Board
22 Yıl 7 Ay 10 Günden beri Online
Konu
İçerik
Üye
Giriş
Giriş
Üye Ol
Ana Sayfa
Azərbaycan
Qocaldım - Mehri Mesimova
Qocaldım - Mehri Mesimova
503
Son güncelleme:
25.11.2015 11:26
Sbela
Mehri Mesimova şeirleri - Qocaldım şeirin oxu
Qocalmazdım,dərdin,qəmin əlindən
Göz yaşımı silə-silə qocaldım
Çərxi dönmüş elə qatdı başımı
Damla-damla,gilə-gilə qocaldım
Tarixlərə yazılmayan bir adıq
Deyəmmərəm ya qəmginik,ya şadıq
Köləlikdə,əsarətdə yaşadıq
Bu dövrana gülə-gülə qocaldım
Babaların dəhrəsində vəfa yox!
Nənələrin nehrəsində vəfa yox!
Bu dünyanın cəhrəsində vəfa yox!
Arğac-arğac,pilə-pilə qocaldım
Doğma gəzdim,yad qapısın döymədim
Yaltaqlığın libasını geymədim
Ana yurdun sevincinə dəymədim
Kədərini bölə-bölə qocaldım
Alqayıtam,tör ələnib gözümə
His yağıb,qəm çiləni bgözümə
Bax beləcə divan tutdum özümə
Qana-qana,bilə-bilə qocaldım.
Mehri Mesimova
#25.11.2015 11:26
0
0
0
Önceki Konu:
Dərs evi — qəbul imtahanlarına unikal hazırlıq sistemi
Sonraki Konu:
Azərbaycan dilinin fonetikası
Main-Board 2004 - 2026
Üyeler
Toplist
Gündem
Hakkımızda
Kurallar
İletişim
Main-Board