Etiologiyası. Kəskin faringit çox zaman burun axması ilə birgə müşahidə olunur (rinofaringit). Xroniki faringit, sinusit ( paranazal sinusların iltihabı) tonzilit (badamcıqların xroniki iltihabıdı ) dişlərin kariesi fonunda inkişaf edir. Siqaret çəkmək spirtli içkilərdə sui – istifadə, peşə zərərləri (toz, qaz) faringitin inkişafında rola malikdir.
Maddələr mübadiləsi xəstəlikləri (uşaqlarda diatez, böyüklərdə diabet) ürək damar sistemində durğunluq, qan yaradıcı vəzlərin xəstəlikləri də farangit səbəbləri arasındadır.
Simptomlar:
Udlağın selikli qişasının irinli ərplə örtülməsi
Udlaq follikulların parlaq qırmızı dənələr şəklini alması
Dilin ödemi, hiperemiyası
Udlaqda quruluq
Udma aktı zamanı ağrı
Klinik formaları:
Farangitin aşağıdakı formaları ayırd olunur.
Xroniki sadə kataral faringit.
Hipertrofik qranuloyoz faringit.
Xroniki kataral faringit: Udlağın selikli qişasının hiperemiyası, ödemi qalınlaşması xarakterikdir. Arxa divarın səthi şəffaf və ya tutqun seliklə örtülüdür.
Hipertrofik forma: Selikli qişanın və selikaltı qatın birləşdirici toxumanın qalınlaşması və ödemi ilə xarakterizə olunur. Selikli qişanı örtən serroz eksudat selikli tədricən formalaşır, hüceyrə elementləri ilə əvəz olunur. Selikli qişa daha qalın və sıx xarakter alır. Selikli və qədəhəbənzər vəzlər böyüyür. Qan və limfa damarları genişlənir. Çox vaxt limfositar hüceyrələrlə əhatə olunur. Hipertrofik proses əsasən udlağın arxa divarında – qranulyoz farangit və yan divarında – lateral hipertrofik farngit inkişaf edir.
Atrofik faringit: Selikli qişa nazikləşir, onun limfoid toxuması və selik altı qatı qismən birləşdirici toxuma lifləri ilə əvəz olunur. Selik vəzlərinin sayı və ölçüsü kiçilir. Damarların sayı da azalır, divarlar qalınlaşır, boşluğu daralır bəzən obliterasiya olunur. Selikli qişanı keratin təbəqə örtür.
Müalicə: Faringitə səbəb olduğu güman olunan faktorlar aradan qaldırılır. Konservativ müalicə edilir.