İlin günləri - Dünyada olan hadisələr - Tarixin bu gunu - Tarixdə bu gün nə ilə yadda qalıb?
ilin 333-cü günü (uzun illərdə 334-cü). İlin sonuna 32 gün qalır.
1580 – İngilis səyyah Frensis Dreyk dünya səyahətini başa vuraraq vətənə dönmüşdür.
1783 – Rus əlifbasına yeni hərf – "Ё" əlavə edilmişdir.
1899 – Barselona futbol klubu yaradılmışdır.
1920 – Azərbaycan SSR İnqilab Komitəsinin qərarı ilə kənd və nahiyə inqilab komitələri ləğv edilmiş, onların yerində kənd və nahiyə yoxsul komitələri yaradılmışdır.
1920 – XI Qızıl Ordu İrəvana daxil olmuş, Ermənistanda sovet hakimiyyəti qurulmuşdur.
1922 – Tutanxamonun mumiyasının ardından onun varidatı da aşkar edilmişdir.
1929 – Amerikan təyyarəçi Riçard Bird ilk dəfə Cənub Qütbü üzərindən uçmuşdur.
1932 – SSRİ və Fransa hücum etməmək barədə pakt imzalamışlar.
1945 – Yuqoslaviyada monarxiya federativ respublika ilə əvəz olunmuşdur.
1962 – Fransa və Böyük Britaniya səsdənsürətli mülki təyyarə (Concorde) istehsal etmək barədə müqavilə imzalamışlar.
1979 – Amerika hökuməti səfirlik əməkdaşlarının girov götürülməsinə görə İrandan Haaqa Məhkəməsinə şikayət etmişdir.
1984 – BMT son bir ildə 300 000 efiopiyalının aclıqdan öldüyünü rəsmən açıqlamışdır.
1996 – Haaqa məhkəməsi 1200 bosniyalının ölümündə iştirak etmiş əsgərə 10 il həbs cəzası vermişdir.