Almaz Ələsgərlinin İsveçdə yaşayan qızı

Son güncelleme:
  • Şou biznes xəbərləri - Məşhurlar

    noimage
    Əməkdar artist Almaz Ələsgərli İsveçdə yaşayan qızının şəkillərini yayıb. Əməkdar artist fotoya “Mənim canım Mədinə qızım” şərhini qeyd edib.

    Xatırladaq ki, A.Ələsgərlinin böyük qızı Mədinə İsveçdə təhsil alır və çalışır. Kiçik qızı isə anası ilə Bakıda yaşayır.

    Qeyd edək ki, əməkdar artist bir müddət əvvəl bildirmişdi ki, övladları barədə mətbuata açıqlama verməyəcək: “Uşaqlarımla və şəxsi həyatımla bağlı suallara cavab verməyəcəm. Buna tövbə etmişəm. Övladlarımla bağlı nəsə deyənin gözünü çıxardaram. Onlarla bağlı mövzuları bağlamışam. Bundan sonra heç yerdə qızlarımdan danışmayacam. Ailəmlə bağlı suallar verilməsin. Nə vaxt istəsəm, özüm danışaram. Qızlarım kameradan uzaqdırlar. Bu yaxınlarda bir veriliş qızımı çəkmək istədi. Razılaşmadı. Dedi ki, ana, nə istəyirsən edim, amma efirə çıxmayım. Mən də heç nə demədim”.

    noimage noimage

    alıntı
0 0 0