Qar dənəsinin əsas tərkib hissəsini hava təşkil edir - 95%, ona görə qarın düşmə sürəti çox azdır - 0.9 km/saat.
Qar dənəsinin rənginin ağ olması onun strukturunda havanın olması ilə bağlıdır. İşıq şüaları havadan və buz kristallarından əks olub yayılırlar.
Dünya tarixində başqa rəngdə qar yağmalar olub. Məsələn, 1969 da İsveçrədə qara, 1955 də Kaliforniyada yaşil qar yağıb.
Antarktida dağlarda elə canlılar var ki, onlar qarda yaşayırlar. Onlar xlamidomonadlardır. Onlar qarı qırmızı, bənövşəyi, sarı edirlər.
Suya düşən qar dənəciyi qulaqla eşidilməyən, yüksəktezlikli səs çıxarır. Bu səsi balıqlar sevmir.
Qar dənəsinə günəş şüası düşərsə, o hətta mənfi dərəcədə buxarlanır. Bu halda qarın suya çevrilmə fazası buraxılır.
Qışda qar yerin səthinə düşən günəş şüalarının 90%-ini qaytarır ki, bu da yeri qızmağa qoymur.
Rekordsmen qar dənəciyi 1987 də ABŞ-da aşkarlanıb - onun diametri 38 sm olub.
Qar dənələrinin qeyri-adi dizaynı və möhtəşəm görünüşü görənləri heyrətə salır. Araşdırmalar nəticəsində məlum olub ki, qar dənələrinin heç biri eyni quruluşda və eyni böyüklükdə deyil. Qar dənələrinin şəkillərini çəkən alimlər onlar heç birinin bir-birinə oxşamadığını görüblər. Qar kristallarının formaları müxtəlif olsalar da hər biri 6 bucaqlıdır.
Qar dənələri üzərində ilk araşdırmanı amerikalı fotoqraf Cilson Bentli aparmışdı. Onun 50 il ərzində çəkdiyi rəsmlər üzərində araşdırma aparan tədqiqatçılar maraqlı faktla qarşılaşıblar. Belə ki, 50 il ərzində çəkilən şəkillərdən yalnız ikisi bir-birinə bənzəyirmiş. C.Bentli bu günə qədər 6 min qar dənəsinin şəklini çəkib.