Müğənni Elton Hüseynəliyev və Xalq artisti, dostu Aygün Kazımova arasından qara pişik keçib. H. Elton Aygün Kazımovanın küsülü olduğu Natavan Həbibi ilə birgə "10-dn sonra" verilişinə çıxdığı üçün bütün bağlar qırılıb. Bu barədə E. Hüseynəliyev bildirib:
"Mən kiminsə düşmənçiliyinə qarşı düşmənçilik etmərəm. Mən bu verilişə gəlməklə bir dostumla əlaqəni kəsdim. Mən özümə görə şəxsiyyətəm, vətəndaşam və öz qərarlarım var. Kiminsə dediyini etmirəmsə bu o demək deyil ki, mən pis dostam. Bu gün bura Aygün Kazımova çıxmalı idi. Alınmadı, sonra Natavan Həbibi efirə çıxdı. Aygün xanım dedi ki, sən mənim dostun olduğun üçün o verilişə çıxma. 4-5 ildir Aygünü toylara saldırmışam, dəstəkləmişəm, istəmişəm ona xoş olsun. Biz naşükür insanlarıq. Birincilik iddiasını bölüşdürə bilmirik".