Mucirəddin Mübarizoğlu - Özüməm

Son güncelleme: 03.01.2016 10:47
  • Mucirəddin Mübarizoğlu şeirləri - Özüməm şeirin oxu


    Özüməm
    Ürəyi qəfəsdə çırpınar quşun,
    Qəfəs də özüməm , quş da özüməm.
    İcimin oduna varlığım yanar,
    Quru da özüməm , yaş da özüməm.

    Gəl , boylan içimə gör nə çəkirəm,
    Öz könül evimi özüm sökürəm,
    Yerində qəmlərə saray tikirəm,
    Bənna da özüməm, daş da özüməm.

    Mücirəddin , üzün gülməz havayı,
    Çəkdiyin həsrətin bilinməz sayı.
    Hər kimdir illərin baharı ,yayı,
    Payız da özüməm, qış da özüməm.


    Mucirəddin Mübarizoğlu
#03.01.2016 10:47 0 0 0