Mucirəddin Mübarizoğlu şeirləri - Şair ölümü şeirin oxu
Qartalın havada yaralanması,
Yerə enməyidi şair ölümü.
Zülmətli dünyada həyat şamının,
Qəfil sönməyidi şair ölümü.
Kədəri ürəkdə solmaz bitkidi,
İçini yandıran ,yaxan bürküdü.
El üçün faciyə ,ağır itkidi,
Dərdin dinməyidi şair ölmümü.
Mücirəddin, qanunu nəs həyatın,
Sənin də gec ya tez üzülər çatın.
Əcəl öz yəhərli qantəpər atın,
Vaxtsız minməyidi şair ölümü.