Sağlam qidalanma haqqında doğru bildiyiniz yanlışlar

Son güncelleme:
  • Saglam yaşam - Sağlam qida

    noimage

    Son vaxtların ən çox danışılan, müzakirə və mübahisə mövzularından biri də sağlam qidalanmadır. Sağlam qidalanma haqqında məlumatlar çoxdur, lakin bunların çoxu səhv və ya yarımçıqdır. Ailə.lent.az sağlam qidalanma ilə bağlı harada və nə zaman etdiyimiz səhvlərdən bəhs edir.

    Saat 18:00-dan sonra yemək yeyilməməlidir

    Sözsüz ki, hər kəs erkən saatlarda yatmır. Gec saatlarda yatan insanların saat 18:00-dan sonra heç nə yeməmələri ac qalmalarına səbəb olur. Bu isə sağlamlığa pis təsir edir. Ən düzgün olan seçim yatmazdan 3 saat əvvələdək yemək və yalnız yüngül qidalar qəbul etməkdir.

    Yağ zərərlidir

    Yağsız yeməkləri həzm etmək mümkün deyil. Yağ A və E vitaminin metabolizə edilməsinə kömək olur. Yağ çatışmadıqda bədən hormon istehsalını dayandırır, dərinin yaşlanması sürətlənir, qaraciyər zərər görür. Buna görə də yağı qidalanmanızda azaltmalısınız, lakin imtina etməməlisiniz.

    Qəlyanaltıları azaltmalısınız

    Enerjinizi yüksəltmək üçün çox zaman qəlyanaltıya ehtiyac yaranır. Sağlamlığınızın qeydinə qalırsınızsa, quru meyvələr və meyvələrlə qəlyanaltı edin.

    Bütün təbii meyvələr sağlamlığa xeyirdir

    Əslində, "təbii" adı ilə satılan məhsulların təbii olmayanlarla fərqi yalnız qiymətlərindəndir.

    Karbohidratlardan qaçın

    Sadə və kompleks olmaqla iki cür karbohidrat var: şəkər və şəkər məhsulları, şokolad, bal, mürəbbə, içki, ağ çörək və kartofda olan sadə karbohidratlardan uzaq durmaq lazımdır. Lakin sağlam qidalanma üçün paxlalılar, dənəli meyvələr və tərəvəzlərdə olan kompleks karbohidratlara ehtiyac var.

    Soyuducu vitamini məhv edir

    Müasir soyuducular demək olar ki, bütün qidalardakı sağlamlıq üçün yararlı elementləri qoruyur.

    Qara çörək ağ çörəkdən sağlamdır

    Qara çörəklə ağ çörəyin lif tərkibi müqayisə edilmir. Çünki demək olar ki, qara çörəyin enerjisi ağ çörəkdəki kimidir. Dolayısı ilə, hər ikisi ilə eyni çəki alırsınız. Çörəklər arasında daha sağlam olan tam buğda unundan hazırlanandır.

    Meyvə suyu meyvə qədər yararlıdır

    Meyvə suyunun meyvələrlə müqayisədə lif tərkibi yoxdur. Üstəlik meyvə suyunun meyvələrə nisbətən vitamin və mineral miqdarı olduqca azdır.

    Ümidə QƏHRƏMAN
0 0 0
```[cite: 10]