"İnsan haqsızlıqlar görür, mübarizə aparır. Bu hallardan üzülürəm. Məclisdə görürsən ki, "Niyə mən birinci çıxmadım, üç mahnı oxumadım" davası edirlər. Baxıram ki, dava edəni qabağa çəkirlər. Mən kənarda dayanmışam, çünki sakitəm. Belə bir şou-biznesdə olmaq istəmirəm. Sənətdən getməyə qorxmuram. Mən gedim, amma mahnılarımı oxusunlar. Sənətə gələndə tək olmuşam. Gedirdim tək bəstəkarların qapısını döyürdüm. Vaqif Gərayzadə mənə qulaq asdı, 1992-ci ildə kamera gördüm. İstəmirəm ki, sənətdən gedəndən sonra dostlar məni unutsun. Əgər müğənnilikdən gedəndən sonra məni xatırlamayacaqlarsa, elə indidən ətrafımdan uzaqlaşsınlar. İnsanlar çox dəyişib, dostluğu da, sevgini də pula satırlar. Mən belə olmaq istəmirəm".