Balqabaq tortu - Balqabaq tortun tərifi və tərkibi - Balqabaq tortu necə hazırlanır
Ərzaqlar:
1 kq balqabaq ( soyulmuş və doğranmış)
1,5 stəkan şəkər tozu
Xəmiri üçün:
2 ədəd biskvit, 2 yemək qaşığı əridilmiş kərəyağı
Kremi üçün:
1 litr süd
3 yemək qaşığı un
1 stəkan şəkər tozu
1 paket vanil
1 yemək qaşığı kərəyağı
Üzəri üçün:
Çəkilmiş qoz
Hazırlanması:
Düz bir tavaya təmizlənmiş və dilimlənmiş balqabağı düzün və üzərinə şəkər tozunu səpin. 3-4 saat saxlayıb az odda qabıqlar yaxşıca yumşalana kimi bişirin. Yumşalmış balqabaqları isti ikən çəngəllə əzib püre halına gətirin. Biskviti blendrdən keçirib un halına gətirin və orta ölçüdə bir qaba əlavə edin. Kərə yağını əridib biskvitlə qarışdırıb yoğurun və əlinizlə yaxşıca basdırıb xəmiri yayın.
Yaxşıca donması üçün soyuducuya qoyun. Bir qaba süd, un, nişasta, şəkəri qatıb qarışdırın. Orta odda bişirin. Oddan götürüb vanil və kərə yağını əlavə edib çırpın. Bunu isti ikən biskvitin üzərinə tökün. Otaq istiliyində soyumağa qoyun. Soyuyan biskvitin üzərinə balqabağı tökün. Üzərinə qoz tökün. Ən az 3-4 saat saxladıqdan sonra yeyin.