İlhamə Quliyevaya zəhərli mürəbbə veriblər - Şok İddia

Son güncelleme:
  • Şou biznes xəbərləri - Məşhurlar


    noimage

    Ötən gün dünyasını dəyişən xalq artisti İlhamə Quliyevanın vəkili onun keçmiş köməkçisi Mehriban Hüseynova haqda açılmış cinayət işini axıra qədər davam etdirəcəklərini açıqlayıb.

    Lent.az-ın məlumatına görə, vida mərasimində iştirak edən vəkil jurnalistlərə açıqlamasında bildirib ki, İ.Quliyeva vəfat etsə də, o, bu prosesi axıra qədər davam etdirəcək: “İnanıram ki, qələbə qazanacağıq və İlhamə xanımın da ruhu şad olacaq”.

    Vəkil bildirib ki, İ.Quliyevanın keçmiş köməkçisi ona mürəbbə veribmiş: “İlhamə xanım o mürəbbəni mənə vermisdi. Deyirdi ki, Mehriban o mürəbbəni zəhərləyib. Vaxt eləyib o mürəbbəni ekpertizaya verə bilməmişdim. Ancaq artıq vaxtım var və bu işlə məşğul olacam”.

    Yalçın UĞUR
0 0 0