Rəqqasə Fatimə əsəbiləşib - Ağızlarına gələni yazdılar

Son güncelleme: 08.04.2016 20:09
  • Şou biznes xəbərləri - Məşhurlar


    noimage

    Ötən gün sənətçi həmkarları ilə birgə Tərtər rayonunun N saylı hərbi hissəsində əsgərlərə baş çəkən rəqqasə Fatimə Fətəliyeva xeyli əsəbidir. Lent.az-a açıqlama verən ifaçı bildirib ki, onun əsgərlərin yanına getməsi sosial şəbəkədə müzakirələrə səbəb olub:

    “Biz Tərtər rayonunda əsgər qardaşlarımıza və kənd camaatına dəstək olduq. "Ağzıgöyçək" insanlar ağızlarına gələni yazdılar. Guya biz reklam naminə özümüzü göstəririk. Gündəmə gəlmək üçün belə edirik. Əslində belə deyil, mən və digər sənət dostlarım az da olsa rahatlıq tapmağa çalışdıq. Düzdür böyük bir iş görmədik, sadəcə dəstək olduq, şəhid ailələrinə başsağlığı verdik. Biz düşmənlərimizi sevindirməməliyik, bir-birimizə dəstək olmalıyıq”.

    noimage

    noimage

    Yalçın UĞUR
#08.04.2016 20:09 0 0 0