Ermənilər aprelin 27-dən 28-nə keçən gecə Əfətliyə 60-dək mərmi atıb - FOTO

Son güncelleme: 29.04.2016 19:09
  • xəbər - xəbərlər - siyasət - siyasi xəbər

    noimage

    Aprelin 29-da cəbhəboyu zonada səfərdə olan yerli və xarici kütləvi informasiya vasitələrinin nümayəndələri Ağdam rayonunun Əfətli kəndində dağıntılarla və “Qara inək” fermer təsərrüfatına dəymiş ziyanla maraqlanıblar.

    Lent.az AZƏRTAC-a istinadən xəbər verir ki, fermer təsərrüfatının rəhbəri Fuad Əyyubzadə aprelin 27-dən 28-nə keçən gecə ağır artilleriya atəşləri nəticəsində müəssisəyə ciddi ziyan dəydiyini deyib. Bildirib ki, təsərrüfatın ərazisinə çoxlu sayda mərminin düşməsi cins inəklərdən 12-sinin tələf olması, 25 baş iribuynuzlunun yaralanması ilə nəticələnib. Fermadakı sağım avadanlığına və tikililərə də ziddi ziyan dəyib.

    Məlumat verilib ki, ümumiyyətlə Əfətli kəndinə 60-dək mərmi düşüb. Kənddə üç ev dağılıb, 20 ev ciddi zərər çəkib, bir mülki şəxs yaralanıb. Həmin sakin hazırda Ağdam Mərkəzi Rayon Xəstəxanasında müalicə olunur

    noimage

    noimage

    noimage

    noimage

    alıntı..
#29.04.2016 19:09 0 0 0