Giriş
Giriş
Üye Ol
Main-Board
22 Yıl 21 Günden beri Online
Giriş
Giriş
Üye Ol
Ana Sayfa
Azərbaycan
İnanma mənə
İnanma mənə
1345
Son güncelleme: 13.08.2016 11:49
Sbela
Mən biraz əsəbi, biraz dəlisov,
Desəm ki, sevmirəm, inanma mənə.
Gəl, dəli şeytanı ürəyindən qov,
Desəm ki, sevmirəm, inanma mənə.
Gözlərin dərindir göylərdən belə,
Qoymaram o gözdən gələ bir gilə,
Allah bu kəlməni dilimdən silə,
Desəm ki, sevmirəm, inanma mənə.
Baxdım kirpiyində olan düzümə,
Bir çəpər çəkilib sanki gözünə,
Özüm inanmaram inan özümə,
Desəm ki, sevmirəm, inanma mənə.
Küləklər sözümü dilimdən alsın,
Sovursun göylərə bir çarə qılsın,
Indidən deyirəm xəbərin olsun,
Desəm ki, sevmirəm, inanma mənə.
Olsam da axırın, olsam da ilkin.
Mənim tərsliyimdən biraz qorx, çəkin!
Mənə inanmağın gözəldir, lakin...
Desəm ki, sevmirəm, inanma mənə.
Hər nəyə baxıram, səni əks edir,
Dilim bütün günü səndən bəhs edir,
Eşqin ürəyimlə sanki rəqs edir,
Desəm ki, sevmirəm, inanma mənə.
Diqqətlə bax mənə, həmin Xəlildir,
Sadəcə dəyişən bir neçə ildir,
Titrəyən əllərim buna dəlildir,
Desəm ki, sevmirəm, inanma mənə...
Müəllif: Xəlil Adıgözəl
#13.08.2016 11:49
0
0
0
İnanma mənə Konusuna Benzer Konular
Sakin ha inanma
12.07.2004
TESADÜFÜN BÖYLESİ (İSTER İNAN İSTER İNANMA)
14.02.2006
Ne DeDimSe INaNMa!!
08.01.2007
Ne Dedimse İnanma...!
20.04.2007
Ranan Çelik Inanma 2007
22.06.2007
Main-Board 2004 - 2026
Üyeler
Toplist
Gündem
Hakkımızda
Kurallar
İletişim
İzmit Su Tesisatçısı
Vozol Star 20000
Çayırova Fayans Ustası