İstanbulda İŞİD-lə əlaqədə şübhəli 40 nəfər tutuldu

Son güncelleme: 19.09.2016 11:51
  • noimage

    Türkiyə polisi İstanbulda antiterror əməliyyatı keçirib.

    APA-nın “Anadolu” agentliyinə istinadən verdiyi xəbərə görə, əməliyyat nəticəsində İŞİD-lə əlaqədə şübhəli bilinən 40 əcnəbi saxlanılıb.

    Məlumata əsasən, 23 ünvanda keçirilən əməliyyat zamanı İran, İraq, Əfqanıstan və Azərbaycan vətəndaşları saxlanılıb. Şübhəli şəxslərin evlərində və göstərilən yerlərdə axtarış aparılıb, çox sayda sənəd və rəqəmsal vasitə götürülüb.

    Şübhəlilərdən bəzilərinin dəfələrlə Suriyadakı qarşıdurma bölgələrinə getdikləri müəyyən olunub.

    alıntı..
#19.09.2016 11:51 0 0 0