Kartoflu və fıstıqlı kotletlər

Son güncelleme:
  • noimage

    Tərkibi:
    500 qr. kartof
    200 qr. toyuq bud
    120 qr. fıstıq
    2 ədəd yumurta sarısı
    1 ədəd soğan
    Rəndələnilmiş holland pendiri
    Cəfəri
    Xardal otu
    Ağ şərab sirkəsi
    Sızma zeytun yağı
    Duz
    Qara bibər

    Hazırlanması:
    Qaynayan suda kartofları 20 dəqiqə qaynadın. Qaynatdığınız kartofların qabığını soyub qaba qoyduqdan sonra əzin. Toyuq budu və fıstığını bıçaq köməyi ilə doğrayıb əzdiyiniz kartofun içinə əlavə edin. 2 ədəd yumurta sarısı, 2 yemək qaşığı rəndələnilmiş pendiri, bir az duz və qara bibər ilə dadlandırıb homogen bir qarışıq əldə edənə qədər qarışdırın. Kartof xəmirinə əlinizlə yastı kotlet(5 sm. diametrində və 2 sm. yüksəkliyində) şəkli verib yağlı bişirmə kağızı olan soba nimçəsinə düzün. Əvvəldən isidilmiş 180 dərəcə sobada 6-8 dəq-dən çox bişirin.
    Sousu hazırlamaq üçün doğranmış 1 budaq cəfəri, dilimlənmiş 1 ədəd soğanı, 1 yemək qaşığı xardal otu, 25 ml. sirkə və 75 qr. sızma zeytun yağını blenderdə çəkin. Sousun dadına baxıb lazım olsa bir az duz ilə dadlandırın. Bişirdiyiniz sobalanmış kartoflu və fıstıqlı küftələri hazırladığınız xardal otlu, soğanlı sousla servis edin.

    Nuş olsun!

    alıntı..
0 0 0