Hazırlanması:
1) Pomidorun qabığını soyun. Bunun üçün arxasında xaçabənzər kəsik edin, üzərinə qaynar su tökün;
2) Pomidorları dilimlərə bölün, sarımsağı iri doğrayın, formaya düzün. 180 dərəcə qızdırılmış SOBAda 40-45 dəq. bişirin;
3) Pomidor bişənə qədər, soğanı kub şəklində doğrayın, qazana zeytun yağı tökün, 5 dəq. soğan yumşalana qədər qovurun. Hazır olmuş pomidorları əlavə edin, üzərinə su tökün və qaynadın;
4) Blenderlə pomidor kütləsini əzin, qaymaq, şəkər tozu, ədviyyatları və duz əlavə edin və 3 dəq. qaynadın;
5) Boşqablara tökün, üzərinə sürtgəcdən keçirilmiş holland pendiri səpin.