Əməkdar artist Aybəniz Haşımova əməliyyat masasına əyləşib. Lent.az-ın məlumatına görə, ifaçı nədən əməliyyat olunduğunu gizli saxlayıb:
“Bu çətin ömür imtahanımda mənə dua edən hər kəsə təşəkkür edirəm. Məni bu gün sizlərə bəxş edən Allahıma və həkimlərimə "sağ ol" deyirəm. Özümü çox yaxşı hiss edirəm, hətta axşam heç kimdən kömək istəmədən ayağa qalxıb yerimişəm. İnşallah, bir neçə günə ağrılarımı tam unudaram. Əməliyyata qaldırılanda son sözüm bu oldu: mən sizi çox sevirəm, əziz xalqım".