Azərbaycanda qeyri-sabit hava şəraiti davam edir

Son güncelleme: 17.10.2016 10:05
  • Şimal-qərbdən hərəkət edən soyuq hava kütlələrinin Azərbaycan ərazisinə daxil olması ilə əlaqədar olaraq, dünəndən qeyri-sabit hava şəraiti bir qədər də kəskinləşib.

    Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor əvəzi Gülşad Məmmədova APA-ya açıqlamasında deyib ki, ölkə ərazisində şimşək çaxıb, yağış yağıb, bəzi yerlərdə intensiv olub, dağlıq və dağətəyi rayonlarda sulu qar, qar yağıb. Havanın temperaturu ötən günlərlə müqayisədə 7-8 dərəcə düşüb.

    Azərbaycanda müşahidə olunan qeyri-sabit və yağıntılı hava şəraiti oktyabrın 19-u gündüz saatlarınadək davam edəcək.

    Alıntı
#17.10.2016 10:05 0 0 0