Bxaturi-hind çörəyi resepti

Son güncelleme: 20.10.2016 17:41
  • noimage

    Tərkibi:

    ● Duz - 1 ç.q.
    ● Un (buğda) - 2.5 st.
    ● Şəkər tozu - 2 ç.q.
    ● Küncüt - 1 ç.q.
    ● Soda - 1 ç.q.
    ● Kefir - 1.5 st.

    Hazırlanması:

    1) Unu ələkdən keçirin, duz, şəkər tozu, soda əlavə edin. Kefiri əlavə edin və yumşaq xəmir yoğurun. Xəmir ələ yapışan və yumşaq olur, onda bxaturi zərif aınır və yaxşı köpmüş olur;

    2) Xəmirdən kündələr ayırın, kündəyə bir çimdik küncüt səpin, oxlovla yayın, sonra o biri tərəfini çevirin, yenə bir çimdik küncüt səpin və oxlovla yayın;

    3) Bitki yağını tavada qızdırın, bxaturiləri qoyun, gözünüzün önündə köpməyə başlayacaq, hər iki tərəfini qızardın (tez qızarır). Xama ilə, cemlə və təkcə də çox dadlı olur.

    Nuş olsun!
#20.10.2016 17:41 0 0 0