Giriş
Giriş
Üye Ol
Main-Board
22 Yıl 7 Ay 28 Günden beri Online
Konu
İçerik
Üye
Giriş
Giriş
Üye Ol
Ana Sayfa
Azərbaycan
Xəlil Adıgözəl - Yaşadım yarımçıq, öldüm yarımçıq
Xəlil Adıgözəl - Yaşadım yarımçıq, öldüm yarımçıq
1132
Son güncelleme:
28.10.2016 14:10
Sbela
Dedik addımlayaq bu uzun yolu,
Bəs niyə qoyursan yarıda məni ?
Dostlar da vəfasız, yar da vəfasız,
Görmədim birisi yarıda məni.
Geriyə boylanıb gördüm ki, artıq
Ömrümün yarısı yetibdi, gülüm !
İstədim qəlbimin yarısın verim,
Gördüm ki, hamısı bitibdi, gülüm !
Daha gül bənizin saralıb-solmaz,
Payız yarpağının sarısı kimi.
Ömür yollarıma işıq saçmadın,
Ayın parçalanmış yarısı kimi.
Bu nə cür taledi, bu nə cür yazı ?
Niyə hər şeyimi böldüm yarımçıq ?
De, indi mən kimə şikayət edim...?
Yaşadım yarımçıq, öldüm yarımçıq.
Ayrılıq dediyin nədir ki, gülüm,
Bir üzü təbəssüm, bir üzü kədər.
Deyirəm, kaş sən də məni sevərdin,
Səni sevdiyimin yarısı qədər...
Müəllif: Xəlil Adıgözəl
#28.10.2016 14:10
0
0
0
Önceki Konu:
Dünya şokda - İŞİD onminlərlə insanı girov götürdü
Sonraki Konu:
Aygün Kazımova canlı efirdə göz yaşı tökdü
Main-Board 2004 - 2026
Üyeler
Toplist
Gündem
Hakkımızda
Kurallar
İletişim
Main-Board
izmit tıkanıklık açma