Hələbdə 500 terrorçu öldürüldü

Son güncelleme: 30.10.2016 16:51
  • noimage

    Suriya ordusu və könüllülərdən ibarət dəstələr Hələbin cənub-qərbində radikal qruplaşmaların hücumunu dəf edərək 500 terrorçu məhv edib, minədək silahlı yaralanıb.

    APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, “Əl Mayədin” telekanalının məlumatına əsasən, silahlılar oktyabrın 28-də səhər saatlarında Hələbin Əl-Əsəd və 1070 rayonlarına hücumları zamanı öldürülüblər.

    Ötən gün terrorçular Əz-Zəhra məhəlləsində ikinci dəfə hücuma keçiblər. Məlumata görə, burada yerləşən hərbi akademiyanın ətrafında qızğın döyüşlər hələ də davam etdirilir. Terrorçular hücum zamanı minalanmış avtomobillərdən və kamikadzelərdən istifadə edirlər.

    alıntı..
#30.10.2016 16:51 0 0 0