Mandarin qabıqlarından müalicəvi çay

Son güncelleme:
  • noimage

    Mandarin müxtəlif faydalı maddələrlə olduqca zəngindir. Burada C, A, B qrupu vitaminlər, orqanik turşular, pektinlər, fitonsidlər, minerallar və s. var.

    Mandarinin qabıqaları da çox qiymətli müalicəvi məhsuldur. Mandarinin qabıqlarını atmayın, onlardan çox faydalı çay hazırlayın.

    Bunun üçün 2 orta ölçüdə olan mandarin qabıqlarını xırda doğrayın, termosa qoyun, üzərinə 1 stəkan isti (qaynar yox!) su tökün, 3-4 saat dəmləyin. Sonra dəmləməni yaxşı süzün və bu çayı gün ərzində adi çay kimi için. Çaya bal da əlavə edə bilərsiniz.

    Bu çayın bir çox faydalı xüsusiyyətləri var:
    - immun sistemini möhkəmləndirir
    - öskürək və bronxit zamanı bəlğəmgətirici və iltihabəleyhinə təsir edir
    - ishal zamanı bağırsaqları "yığır"
    - bağırsaqlara antiseptik təsir edir
    - qurdqovucu təsirə malikdir
    - stresi və sinir gərginliyi azaldır, əhval-ruhiyyəni yaxşılaşdırır
    - qanda şəkərin səviyyəsini normallaşdırır (təbii ki, bu məqsədlə istifadə olunan çaya bal əlavə olunmur)
    - soyuqdəymə zamanı çox faydalıdır.

    alıntı..
0 0 0